Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Eduard Akopyan Azərbaycanla sərhədlərin mümkün açılması ilə bağlı danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Gömrük bütün ssenarilərə hazırdır”, – Akopyan Azərbaycanla sərhədlərin mümkün açılması ilə bağlı danışarkən deyib.
“Əgər blokun açılmasından, sərhədlərin açılmasından danışırıqsa, o zaman sadəcə bu ssenarilərə hazır olmalıyıq”, – o əlavə edib.
Onun sözlərinə görə, Azərbaycandan Naxçıvana malların tranziti zamanı gömrük nəzarəti digər ölkələrlə eyni olacaq. Hazırda Gürcüstan və İranla sərhədlərdə sadələşdirilmiş rejimlər mövcuddur.
Naxçıvana malların sadələşdirilmiş tranzitinin təfərrüatları açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az