İsveçrə Ukraynanın bərpası üçün 6,3 milyard dollar AYIRACAQ – VİDEObackend

İsveçrə Ukraynanın bərpası üçün 6,3 milyard dollar AYIRACAQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Ukraynanın bərpası üçün 6,3 milyard dollar ayıracaq.

İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İsveçrə Milli Şurasının prezidenti Rinikerlə görüşündən sonra deyib.

Zelenski İsveçrə Milli Şurasının prezidenti Maya Riniker ilə görüş keçirib.

“Təkcə Kiyevə deyil, ölkəmizin digər bölgələrinə də bu səfərə görə təşəkkür edirəm. Bu, həqiqətən vacibdir.

Biz beynəlxalq vəziyyəti, tərəfdaşlarla işi, İsveçrənin dəstəyi və yardımını müzakirə etdik. Ölkəmizi yenidən qurmaq üçün 5 milyard frankın ayrılması qərarına görə təşəkkür edirəm. Bizim humanitar sahədə çoxlu perspektivli layihələrimiz var ki, bu vəsaitlər hesabına birgə həyata keçirə bilərik.

Qaçırılan uşaqlarla bağlı məsələyə də toxunulub. Ümid edirik ki, İsveçrə praktiki olaraq bütün uşaqları Ukraynaya evlərinə qaytarmaq üçün tərəfdaşlarla işimizə qoşulacaq.

Xoş söhbətə görə təşəkkürlər. Sülhməramlı səylərinizə və xalqımıza güclü və ardıcıl dəstəyinizə görə İsveçrəyə təşəkkür edirəm. Biz bunu yüksək qiymətləndiririk”, – Zelenski bildirib.

Xuraman Etibarlı

İnterpress.az