Kişi qiymətlərə görə saç əkimi mərkəzinə bomba ATDIbackend

Kişi qiymətlərə görə saç əkimi mərkəzinə BOMBA ATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçəl kişi yüksək qiymətlərə görə saç transplantasiyası mərkəzinə tüstü bombası atıb. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Moskvada keçəlləşmiş kişi prosedurların qiymətlərini görəndə saç transplantasiyası mərkəzinə tüstü bombası atıb.

Kişi klinikaya gəlib və konsultasiyanı gözləyərkən qiymət cədvəlini görüb.

“200 min rubldan” qiymət etiketini görəndə adam həqiqətən şoka düşüb, tualetə gedib, ora tüstü bombası atıb və qaçıb.

Bina evakuasiya olunub. Heç kim xəsarət almayıb.

Xuraman Etibarlı

İnterpress.az