Özbəkistan Xəzər dənizində öz bərələrini işə salacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri Mahkamov bildirib.
“Daşkənd xarici ticarət daşımalarında gecikmələri azaltmaq üçün Xəzər dənizində öz bərələrini idarə etməyi planlaşdırır”, – Mahkamov deyib.
Onun sözlərinə görə, prezident Mirziyoyevin Bakıya son səfəri standart ticarət-iqtisadi razılaşmalardan kənara çıxan əməkdaşlığın yeni səviyyəsinin əsasını qoyub.
Bu qarşılıqlı əlaqənin mərkəzi elementi nəqliyyat arteriyalarının inkişafıdır.
“Orta Dəhliz bizim üçün ixrac-idxal yüklərinin daşınması üçün əsas marşrutlardan biridir”, – nazir vurğulayıb.
Əldə olunan razılaşmalar sayəsində Azərbaycan ərazisindən konteyner dəmir yolu ilə daşımalara üstünlüklərin 2026-cı ilin sonuna qədər uzadıldığını deyən A.Mahkamov, bundan başqa, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun reallaşdırılmasının Özbəkistan və Azərbaycan arasında əlavə tranzit axını yaradacağını vurğulayıb.
Tərəflər artıq müvafiq infrastrukturun modernləşdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.
Xuraman Etibarlı
İnterpress.az