ABŞ-nin xüsusi nümayəndəsi Livan prezidenti ilə GÖRÜŞDÜbackend

ABŞ-nin xüsusi nümayəndəsi Livan prezidenti ilə GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Livan prezidenti ilə görüşüb.

İnterpress.az xəbər verir ki, Aun ilə görüşündən sonra Tom Barak Livanın sülh təkliflərinə verdiyi cavabdan razı qaldığını bildirib.

O qeyd edib ki, ABŞ Beyrutun Livan-İsrail nizamlanmasına dair təklif olunan yol xəritəsinə cavabını alıb və bu, Vaşinqtonun gözləntilərinə cavab verib.

Barrak vurğulayıb ki, İsrail Livanla sülh istəyir və Vaşinqton “dialoqa girməyi tələb edəcək” sülh planı hazırlamağa davam edəcək.

Onun sözlərinə görə, ABŞ Livana “Hizbullah”la bağlı nə etməli olduğunu diktə etmir və qərarın livanlıların özlərinə aid olduğunu qeyd edib.

Aun ilə görüşdükdən sonra Barak Hizbullah adından vasitəçilik edən parlament sədri Berri, həmçinin baş nazir Salam və xarici işlər naziri Raci ilə danışıqlara gedib.

Xuraman Etibarlı

İnterpress.az