Məcburi köçkünlər öz yurdlarına qaytarılır: “Bu, iqtisadi vəziyyətə çox müsbət təsir edəcək” – ŞƏRHbackend

Məcburi köçkünlər öz yurdlarına qaytarılır: “Bu, iqtisadi vəziyyətə çox müsbət təsir edəcək” – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İşğalda olmuş ərazilərin sərhədlərinin toxunulmazlığı prosesi həyata keçiriləndən sonra bütün məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar”.

Bu sözləri Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşməsinə münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, məcburi köçkünlərin öz yurdlarına qaytarılması ölkə iqtisadiyyatının inkişafına müsbət təsir etməklə bağlı, əhalinin sosial vəziyyətinin də yaxşılaşmasına səbəb olacaq:

“44 günlük müharibə və 10 Noyabr Bəyannaməsindən sonra Azərbaycan cəmiyyətini maraqlandıran məsələlələrdən biri də vətəndaşlarımız və məcburi köçkünlərimizin həmin ərazilərə qaytarılmasının tarixi ilə bağlı olub. Əslində bu maraq təbiidir və Azərbaycan dövlətinin haqqıdır. Torpaqlarımız işğaldan azad olunandan sonra məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasına artıq start verilir. Bu köç ilk addım deyil. Çünki Cocuq Mərcanlı kəndinin bərpasından sonra böyük tarixi qayıdışın ilk addımları atılıb. Hesab edirəm ki, işğalda olmuş ərazilərin sərhədlərinin toxunulmazlığı prosesi həyata keçiriləndən sonra bütün məcburi köçkünlər öz yurdlarına qayıdacaqlar. Bu, ölkənin sosial və iqtisadi vəziyyətinə çox müsbət təsir edəcək.

Zəngilan rayonunda pilot layihə kimi üç “ağıllı kənd”in inşa edilməsi və həmin kəndlərə vətəndaşlarımızın qaytarılması çox böyük tarixi hadisə olacaq. Bu proses gələcəkdə digər ərazilərdə də davam etdiriləcək. Azərbaycan gələcəkdə özünün digər tarixi ərazilərinə də vətəndaşlarımızın bu və ya digər şəkildə qaytarılmasını və onların pozulmuş hüquqlarının bərpası ilə bağlı addımlar atmağı planlaşdırır. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycanla sülh şəraitində qonşuluq və tərəfdaşlıq aurasında yaşamaqdan başqa çıxış yolu yoxdur”.

Gülşən Şərif