Tramp: “İran gəmilərini batırmaq daha əyləncəlidir” – VİDEObackend

Tramp: “İran gəmilərini batırmaq daha əyləncəlidir” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın 46 hərbi gəmisi artıq okeanın dibindədir.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

ABŞ Prezidenti Donald Tramp İran hərbi donanmasına vurulan ağır zərbələr barədə danışarkən maraqlı məqamlara toxunub.

O bildirib ki, ABŞ Silahlı Qüvvələri İranın hərbi gəmilərini qənimət kimi ələ keçirmək əvəzinə, onları birbaşa məhv etməyə üstünlük verir.

“Onların donanması məhv edilib – 46 gəmi okeanın dibindədir. Buna inanmağınız çətindir?”, – Tramp vurğulayıb.

Dövlət başçısı etiraf edib ki, bu məsələ ilə bağlı hətta öz hərbçilərinə bir qədər qəzəblənib.

O, hərbçilərdən niyə keyfiyyətli gəmiləri ələ keçirib istifadə etmədiklərini, əvəzində onları batırdıqlarını soruşub:

“Mənə cavab verdilər ki, onları batırmaq sadəcə daha əyləncəlidir. Gəmiləri məhv etmək onların daha çox xoşuna gəlir. Həm də bunun daha təhlükəsiz olduğunu deyirlər. Yəqin ki, bu, həqiqətdir”.

Prezident həmçinin ABŞ-nin dənizdəki üstünlüyünün sarsılmaz olduğunu və İranın dəniz gücünə ciddi zərbə vurulduğunu qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az