Luizianada fəhlə yanan xizək lift platformasından yerə yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Birləşmiş Ştatların Luiziana ştatındakı Baton-Ruj şəhərində dəhşətli iş qəzası baş verib. Fəhlə qaldırıcının platformasında elektrik naqillərini təmir edərkən qəfildən yanğın başlayıb.
Alov səbəti bürüdükdə kişi özünü xilas etmək üçün təhlükəsizlik kəndirindən asılı qalıb. Lakin kəndirin bərkidiciləri ağırlığa və temperatura tab gətirməyərək qırılıb və nəticədə fəhlə böyük hündürlükdən aşağı düşüb.
Zərərçəkmiş müxtəlif dərəcəli yanıq xəsarətləri və çoxsaylı sümük sınıqları ilə dərhal xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






