Plastik cərrahiyyə QALMAQALI: Meyit piyini silikon əvəzinə İSTİFADƏ EDİRLƏR – VİDEObackend

Plastik cərrahiyyə QALMAQALI: Meyit piyini silikon əvəzinə İSTİFADƏ EDİRLƏR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ufalı alim amerikalıları texnologiyasını oğurlamaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

Başqırdıstandan olan professor Ernst Muldaşev 1970-ci illərdə “Alloplant” preparatını ixtira edib. O, ilkin olaraq bu vasitə ilə görmə problemlərini müalicə etməyi və gözün buynuz qişasını bərpa etməyi planlaşdırırdı.

Daha sonra preparatdan damarların, dərinin və digər toxumaların bərpası üçün istifadə olunmağa başlanıb.

Texnologiyanın mahiyyətinə görə, vəfat etmiş şəxslərdən götürülən material sterilizasiya olunur, DNT-dən təmizlənir və inyeksiya üçün xüsusi kütləyə çevrilir.

Lakin bu texnologiya gözlənilmədən ABŞ-də fərqli bir məqsədlə populyarlıq qazanıb.

Amerikalı plastik cərrahlar emal olunmuş meyit piyini silikon əvəzinə qadınların sinəsinə və ombasına böyütmək məqsədilə yeridirlər. Bu cür “təbii” böyütmə əməliyyatı üçün pasiyentlər təxminən 45 000 dollar (təxminən 76 500 manat) ödəyirlər.

Ernst Muldaşev bildirib ki, onun ixtirasını öyrənmək üçün yanına dünyanın 93 ölkəsindən mütəxəssislər gəlib. Lakin o, texnologiyanı heç kimə satmadığını, hətta ABŞ-də işləyərkən ona edilən çox böyük məbləğli təklifləri rədd etdiyini vurğulayıb.

Onun elmi işi ABŞ, Almaniya, Fransa, İsveçrə və İtaliyada 10, Rusiyada isə 60-dan çox patentlə qorunur.

Alim amerikalıların bu məxfi texnologiyanı necə ələ keçirdiyinin hələlik məlum olmadığını deyir. Üstəlik, o iddia edir ki, plastik cərrahlar preparatı yanlış tətbiq edirlər.

Onun sözlərinə görə, preparat vasitəsilə sinəni böyütmək qeyri-mümkündür; toxuma preparatdan sonra böyüməyə başlasa da, bu proses genetik faktorlarla sərt şəkildə məhdudlaşır.

Xuraman Etibarlı

İnterpress.az