Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin növbəti Ali Lideri SEÇİLDİbackend

Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin növbəti Ali Lideri SEÇİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın yeni Ali rəhbəri Müctəba Xamenei seçilib.

İnterpress.az xəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.

İranda Ayətullahlar Şurası (Ekspertlər Şurası) tərəfindən qəbul edilən qərara əsasən, vəfat etmiş Əli Xameneinin oğlu Müctəba Xamenei ölkənin növbəti Ali rəhbəri seçilib.

Məlumata görə, şura üzvləri arasında aparılan müzakirələrdən sonra Müctəba Xameneinin namizədliyi rəsmən təsdiqlənib.

Qeyd edək ki, Müctəba Xamenei uzun illərdir İranın siyasi və hərbi idarəetməsində pərdəarxası mühüm rol oynayan simalardan biri kimi tanınırdı.

Onun bu vəzifəyə seçilməsi ölkədə rəhbərliyin varislik prinsipi ilə davam etdirilməsi kimi qiymətləndirilir.

Müctəba Xameneinin yeni Ali lider kimi fəaliyyətə başlaması regionda və beynəlxalq aləmdə maraqla qarşılanır.

Xuraman Etibarlı

İnterpress.az