İntihara meyilli gənclikbackend

İntihara meyilli gənclik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar dünyada yeniyetmələr arasında özünə qəsd halları artmaqdadır. Bu hal dünya ictimaiyyətini narahat edən əsas mövzulardan biridir. Bir çox ekspertlərin rəyinə görə yeniyetmələr arasında özünə qəsd hallarına rast gəlinməsi bir başa o yaş dönəmindəki, hormanal və psixoloji dəyişkənliklə bağlıdır. Yeniyetməlik dövründə olanlar öz bədənini tanımağa çalışır və hormanal dəyişiklik nəticəsində psixoloji gərginliklər baş verir. Digər tərəfdən yeniyetmələrin universitet, əsgərlik və digər yönlərdə üzləşdikləri problemlər onlarda psixoloji tarazlığı pozur. Valideynlər və cəmiyyət tərəfindən təzyiqlə qarşılaşdığı durumda yeniyetmə çıxış yolunu özünəqəsdə görür. Bəzən bu addımı atmağa onları qulaq asdığı müsiqi, baxdıqları filmlər də sövq edir.

İnterpress.az saytı mövzu ilə bağlı “Loqos” psixoloji və nitq inkişaf mərkəzinin həkim psixiatar və psixoterapevt Vasif Əliyevə müraciət etdi.

Yeniyetmələrin özünə qəsd vəziyyətinə gəlməsi bir çox amillərdən aslı ola bilər. Yəni bu hal bir nuansdan asılı deyil. Məsələn, yeniyetmə bir neçə problemlə qarşılaşır və onun psixikası bunu qaldıra bilmədiyində o, intihara əl atır. Bu halda ikin olaraq yeniyetmənin böyüdüyü şərait çox vacibdir. Yeniyetmənin keçirdiyi uşaqlığı, ailə şəraiti , sosial təminatı və.s onun yetişməsində böyük rol oynayır. Bu xüsusda bir damlanı misal çəkmək olar. Yəni ki, qaba nə qədər damla düşərsə-düşsün, qabın tuta biləcəyindən artıq olarsa, su daşacaq. Psixologiya da bu sistemlə işləyir. Psixikası möhkəm olan insan daha çox problemi aradan qaldıra bilir. Zəif olan isə bu problemləri aradan qaldıra bilmir və depressiyaya düşür. Depressiya isə sonda özünə qəsdlə nəticələnir.

Yeniyetmələri özünə qəsd hallarından necə uzaqlaşdıra bilərik?

Bu prossesdə ailə çox önəmli rol oynayır. Bir çox yeniyetmə özündə baş verən hormonal dəyişikliyin fərqində olmur. Fərqinə varanda isə saysız- hesabsız suallar yaranmağa başlayır. Mən kiməm? Mənim orqanizimimdə nələr baş verir? Fikrimdə niyə bu qədər dəyişiklik var? və s. bu kimi bir çox suallar yaranır. Bu sualların cavabının tapılmasında ailə övladına yardımçı olmalıdır. Əğər bu hallarda ailə yeniyetməyə yardımçı ola bilmirsə mütəxəsisə müraciət etməlidir və övladını psixoloq yanına aparmalıdır.

Musiqi və kinolar yeniyetmələrin özünə qəsd edməsinə nə dərəcədə təsir edir? Valideyinlər hərə öz həyatını yaşayarsa və uşağın tərbiyəsində diqqətli olmazlarsa onda uşaq özünə qapanar və kimisə kumir seçir. Bu kumir adətən musiqi və kino ulduzlarından seçilir. Burda bir xırda nüans var. Əgər yeniyetmə tərəfindən seçilən kumir müsbət qəhrəmandırsa yeniyetmənin formalaşmasında o qədər də problem yaşanmır, yox əgər mənfidirsə onda, yeniyetmənin formalaşmasında mənfi təsirlərin güclənməsi şübhəsizdir. Burada bənzətmə halı meydana gəlir ki, yeniyetmə seçdiyi kumir kimi geyinir, onun həyat tərzi haqda oxuyaraq onun kimi yaşamağa çalışır. Nəticədə ailə övladına baxanda əcaib bir obraz görür və övladı ilə mübarizə aparmağa başlayıb onu dəyişdirməyə çalışır. Bu halda isə yeniyetmə beynində yaratdığı obrazı müdafiə edir və hamıdan soyuma prosesi başlayır. Bu da sonucda özünəqəsdlə nəticələnə biləcək faciəyə səbəb olur.

Orxan Muxtarlı
İnterpress.az