Ali Məhkəmə Şurası Ermənistan hakimi Naira Qriqoryanın səlahiyyətlərini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Ermənistan Baş prokurorunun 6 noyabr 2025-ci il tarixli təqdimatı əsasında Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Naira Manvelovna Qriqoryana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilib.
Bundan sonra Ali Məhkəmə Şurası 7 noyabr 2025-ci il qərarı ilə hakimin səlahiyyətlərini cinayət işi tamamlanana qədər dayandırıb.
Qeyd olunur ki, Naira Qriqoryan Ermənistanın tanınmış, qalmaqallı fiquru sayılan Manvel Qriqoryanın qızıdır.
Xuraman Etibarlı
İnterpress.az






