Dostlar “Daş, Qayçı, Kağız” OYNADI – Uduzan ÖLDÜRÜLDÜbackend

Dostlar “Daş, Qayçı, Kağız” OYNADI – Uduzan ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Daş, Qayçı, Kağız” oyunu ölümə səbəb olub.

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, oyunu uduzan kişi bıçaqlanaraq öldürüldü.

Sverdlovsk vilayətində Turinskaya Sloboda adlı yaşayış məntəqəsində iki dost içki məclisi zamanı “Daş, Qayçı, Kağız” oyunu oynayıb. Şərt belə olub: uduzan ölməlidir. Oyunu Sergey adlı kişi udub və bıçaq götürərək dostuna bir neçə zərbə endirib.

Hadisədən sonra o, baş verənləri anlayaraq təcili yardım çağırıb, lakin yaralı ölüb.

Məhkəmə Sergey barəsində hökm çıxarıb. O, 9 il müddətinə ciddi rejimli koloniyaya göndərilib.

Xuraman Etibarlı

İnterpress.az