Son dövələr tez-tez eşitdiyimiz intihar halları ölkədə xaos yaradacaq qədər artmaqdadır. “Bununla bağlı həyəcan təbili çalınmalı mütəxəsislər, iqtisadçılar, elm adamları bir yerə toplaşıb intiharların səbəblərini araşdırmalıdır” deyə sosial şəbəkələrdə çox yazırlar. Bu mövzu ilə əlaqədar bir neçə quruma müraciət etsək də, sualları cavablandırmaqdan imtina etdilər. İntihar səbəblərini sirf psixoloji faktorlara, cavabsız sevgi və özünə qapanıb həyatdan əlini üzmə kimi məsələlərə bağlamaq heç də doğru hesab edilmir. Çünki intihar edənlər arasında hər yaş qrupundan olan insanlar heç də həkim nəzarətində olan psixi problemli xəstələr deyil. İntihar edənlərin arasında 14-16 yaşlı gənclər, 30-45 yaşlı ailə-uşaq sahibi olanlar və 50-75 yaşlı şəxslər də var. Elə isə bu intiharlar nəyə əsaslanır? Bunların kökündə yalnız sosial problemlər durur? Bu mövzuda öz fikirlərini söyləyənlər daha çox olsa da konkret faktlar mənbəyi olmadığından mütəxəsis fikrinə böyük ehtiyac duyulur.
İnterpress.az bununla bağlı İqtisadi Elmləri Doktoru, Sosioloq Əhməd Qəşəm oğluna müraciət etdi.
-Son aylar gündəmi zəbt edən intiharların səbəbləri araşdırılırmı və bununla bağlı birbaşa hansı qurum məşğul olur?
Təbii ki, məşğul olurlar. Çünki bu çox ciddi bir məsələdir və bununla DİN-də, bir çox başqa qurumlarda araşdırmalar aparılır. Sadəcə bu məsələyə fəhmlə deyil, elmi araşdırmalar ilə yanaşılmalıdır ki, doğru nəticələr əldə olunsun. Getdikcə mürəkkəbləşən cəmiyyətdə baş verən bütün proseslərin elmi araşdırmalara ehtiyacı var. İnsanın davranışı üç güclü amil əsasında formalaşır. Bunlardan birincisi –Mühit, ikinci amil – İnformasiya, üçüncü amil isə -Dəyərlərdir. Burda məsələni təkcə psixoloji və ya iqtisadi tərəfdən axtarmaq doğru deyil. Bəzən izah edirlər ki, əhalinin iqtisadi durumu çətinləşib deyə intihar halları baş verir. Bu isə tələsik qərarla verilmiş doğru olmayan bir fikirdir. Çünki ölkədə iqtisadı vəziyyətin indikindən də qat-qat ağır vaxtları olub və onda belə statistika olmayıb. Belə bir faktların içərisində qarşılıqlı əlaqələri axtarıb bilmək lazımdır ki, mühitdə nə baş verir? Qloballaşan mühitdə ən əsas təhlükə mənbəyi odur ki, insanların sabaha ümidləri itibdir.
-İnsanların problemlərə dayanıqlılığının itməsi və üzləşdikləri mövcud durumu düzgün təhlil edə bilməməsi intihara gətirə bilərmi?
Məsələnin ən qorxulu tərəfi elə budur. Sossiologiya və psixologiyada insanları daha çox ruhlandıran onların sabaha inamlarının olmasıdır. Sovet dövlətində insanları sabaha ruhlandırmaqla böyük uğurlara imza atılırdı. Hətta Stalin rejimində insanları uzun müddət ruhlandıraraq bütün çətinliklərə baxmayaraq qələbə əldə etdilər.
-Bəs indi niyə bu amillərə əsaslanmırlar?
Hal-hazırda bu sahədə böyük boşluqlar var. Bunun üçün gəlişi gözəl sözlərin reklamına ehtiyac yoxdur. Bu sahədə ciddi iş görülməlidir ki, sabahı gün hansısa çətinliklə üzləşən insan baş verən hadisələrdən qorxub ruh düşgünlüyünə qapanmasın.
-Problemin digər tərəfi ondadır ki, söz sahibləri sanki bu mövzuda danışmaqdan qorxub çəkinirlər. Sizcə bunun səbəbi nədədir?
Çünki məsələyə elmi tərəfdən yanaşa bilməyən insanlar problemin özəyini, kökünü qoyub onu kənardan müzakirələrlə həll etməyə çalışırlar. Problemə elmi cəhətdən yanaşılsa, hadisələrin arxasında dayanan elmi araşdırmalara söykənilsə burda qorxub çəkinməyə heç bir əsas qalmaz. Elmi yanaşmada xüsusi konkret metodikalar var. Həmin risk qrupunun və normal davranışlı insanların psixologiyası arşdırılıb öyrənilir. Müqayisədə olduqca fərqli və öyrənilməsi vacib olan faktorlar məlum olur. Ikinci istiqamət isə informasiya sahəsidir.
Bugünkü günümüzdə televizyalar öz izləyicilərinə düzgün məlumatlar ötürmür. Azərbaycanda sağlam düşüncəli, hər kəsə gözəl örnək ola biləcək uğurlu ailələrimiz çoxdur. Lakin tamaşaçı kütləsi qazanmaq xatirinə yayımlanan bəzi verilişlər var ki, Azərbaycanlı ailəsinə ləkə olan, utancverici məsələləri gündəmə gətirən, millətə üz qaralığı verən kəsləri efirə çıxarıb onların özəl həyatının gizlinlərini aləmə car çəkir. Bu isə psixoloji dayanıqlığı zəif olan insanlara pis təsir edir. Pis hərəkətlərdən nümunə götürənlərin psixikasında olan yansıtmalardan isə bütöv bir cəmiyyət zərbə ala bilər. Buna görə də ailəsini atan, balasının başını kəsən, nəvəsini öldürən, əxalqsızlığı yayan və digər mənfi hadisələri yox, gözəl ailələri, savadlı-bilikli gənclərimizi, müdrik el ağsaqqallarımızı nümunə göstərən ibrətamız verilişlər hazırlanmalıdır. İnsanlari neqativ informasiyalara yüklənmək əvəzinə onlara ruh yüksəkliyi verəcək xəbərlər hazırlanılmalıdır.
Üçüncü üstünlük verilən amil, dəyərlərimizdir. Insanlar mənəvi dəyərlərə daha çox üstünlük verəndə bütün hadisələr öz-özünə tənzimlənir. Maddi dəyərlərə kökləndikdə isə cəmiyyətdə qlobal problemlər və gərginliklər artıb çoxalır. Hansı cəmiyyətdə ki, mənəvi amillər öndədir həmin cəmiyyət özünü tənzimləyir. Maddi dəyərlər öndə olduqda isə həmin cəmiyyətdə sanki insanlar maddiyatla yarışır, daha çox gəlir əldə etmək istəyir və kriminal hadisələr, problemlər artır. Bütün dini və elmi kitablarda mənəvi amillərə üstünlük verilməsi tövsiyyə olunur.
Intiharların qarşısının alınmasında ilkin faktor kimi hökmən elmi proqram hazırlayıb həyata keçirilməsi zərurəti yaranıb. Bü mövzuda dəfələrlə müsahibələr verib mövzu paylaşsamda hələki kimsə yaxınlaşıb məsələnin həlli üçün bir yardım istəməyib. Bu sahədə bütün bacarığım və bildiklərimlə, var gücümlə çalışıb elmi fəaliyyət planı hazırlamağa əlimdən gələni əsirgəmərəm. Problemin həllnə kompleks yanaşma lazımdır. Məsələyə birtərəfli yanaşma problemin həllini uzatmaq deməkdir. Burda həm iqtisadi, həm mənəvi, həm də informasiya ilə düzgün işləməklə fəaliyyət planı qurulmalıdır. Rusiyada və xarici ölkələrdə bununla bağlı kifayət qədər elmi təqdiqat istitutları fəaliyyət göstərir ki, onların yanaşma mexanizmində ilkin növbədə elmi yanaşma durur.
Aynur Arifqızı
İnterpress.az