Məscidlər təkcə ianə toplamaq və ibadət etmək üçündürmü?backend

Məscidlər təkcə ianə toplamaq və ibadət etmək üçündürmü?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda kilsələrdə hər gün yeməklər hazırlanıb kasıb və imkansızlara paylanılır. Bir neçə il öncə ucuz içkidən zəhərlənib ölən vətəndaş haqqında eşıdən Saakaşvil \”Bir nəfərin aclıqdan küçədə ölməsi bütöv Gürcü xalqının adına ləkədir. Bütün kilsələrdə çəlləklərdə şərablar qoyulsun. Çünki kimi isə məcburi içkidən ayırmağı bacarmarıq amma onun həyatını əlindən alarıq\” deyə qərar verdi. Bu gün də kilsələrdə hər gün içki və yeməklər paylanır. Bütün dünyanı bürüyən böhran bizdən də yan ötməyib. Lakin işsizlikdən yaranan sosial problemlərin hamısını dövlətin üzərinə yönəltmədən az təminatlı ailələrə, ehtiyacı olanlara yardım etmək imkanı olan hər kəsin mənəvi vicdan borcudur.

Məscidlər təkcə ianə toplamaq və ibadət etmək üçündürmü?

İnsanların ziyarət və ibadət yeri olan məscidlər də bu yardımda mühüm yer tutur. Möhtəşəm və əzəmətli məscidlərə Təzə Pir, Bibi Heybət, Nardaran Piri, Mir Mövsüm ağa ziyarıtgahı və digərlərinə dövlət büdcəsindən milyonlarla pulun xərclənməsi təkcə ibadət olunub ianə toplamaq və yas mərasimlərində menyu üzərindən məclislərin keçirilməsi üçün nəzərdə tutulmayıb. Ehtiyacı olanlara \”Allah özü kömək olsun\” deyib dualar etməklə deyil, bəndələrin ədalətli, mərhəmətli, yardımçı olub kömək etməsi gərəkdir. Bizi düşündürən məsələlərə cavab tapmaq üçün bir çox ilahiyyatçılara sual ünvanlasaq da Qafqaz müsəlmanları idarəsinə müraciət etməyimizi məsləhət gördülər. İnterpress.az saytı ilahiyyatçı Elşad Miridən aldığı cavabları sizlərlə paylaşır.

-Məscidlərin qapısı Allahın evi olaraq ehtiyacı olan hər kəsin üzünə niyə açıq deyil? Məscidlərdə toplanan ianə hesabına və orda keçirilən yas mərasimlərindən əldə olunanın bir qisminə heç olmasa cümə günlərində kasıb və imkansızlar üçün ehsan paylamaq olmazmı?

Məscid hərfi mənada ibadət olunan, səcdə edilən yer deməkdir. Türkiyədə böyük məscidlər Came adlanır ki, bu isə bir yerə yığılan, \”cəm olunan yer\” deməkdir. İslamda \”Ehsan\” sözü təkcə yeməklə əlaqələndirilmir. İbadətin özü ehsandır. İbadətini və etdiyin əməllərini Allahın özü görürmüş kimi etmək bir ehsandır. Amma Amerika və digər Avropa ölkələrində kilsələrdə hər cümə və bazar günləri imkansızlar üçün yardımlar olunub ərzaq və hazır yeməklər paylanılır. İrqindən və dinindən asılı olmayaraq hər kəsin gəlib burdan ərzaq almaq imkanına heç bir məhdudiyyət qoyulmur. Azərbaycanda yaxından tanıdığım bəzi insanların üzünü görüb tanımadığı imkansız tələbələr üçün bank hesabı açıb onlara yardım etdilkəri barədə məlumatım var . Qeyd etdiyiniz məsələlərdə Azərbaycan məscidlərində belə təşəbbüslə çıxış etsələr müsbət qarşılanacaq hal olduğunu düşünürəm. Belə bir yardımın heç olmasa cümə günlərində və yaxud həftənin daha uyğun hesab olunan günlərində məscidlər tərəfindən keçirilməsi təqdirə layiq olar. Məscidlər belə bir təşəbbüsdə çıxış etsələr orda xidmət edəcək könüllülər yetərli sayda olar.

Məscidlər təkcə ianə toplamaq və ibadət etmək üçündürmü?

Aynur Arifqızı
İnterpress.az