“Sahəni, yerini və ya özünü dəyiş”backend

“Sahəni, yerini və ya özünü dəyiş”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil hər bir millətinin tərəqisi üün çox önəmli sahədir. Bir xalqın təhsili yoxdursa muasir zamanda o xalq səfalətə məhkumdur. Ona görə də Azərbaycanda təhsillə bağlı müəyyən yeniliklər aparılır. Bu yeniliklərin biri də məktəbə qədər hazırlıq mərkəzləridir ki, bu mərkəzlərin köməkliyi ilə gələcəyin şagirdləri məktəbə gedəndə daha da bilikli olur. Əlbəttə ki, istənilən sahədə olduğu kimi bu sahədə də müəyyən problemlər olmaqdadır. Bunu nəzərə alaraq İnterpress.az özəl məktəbə hazırlıq mərkəzlərinin birinin rəhbəri olan Elvin Dadaşova müraciət etdi.

-Uşaqlar möhkəmlənməmiş beton kimidirlər. 7 yaşa qədər üzərlərində nə iz qoyularsa, o izlər ömrü boyu qalar. Bu baxımdan bağçaların və məktəbəqədər tədris müəssisələrinin cəmiyyətin formalaşmasında dolayısı ilə rolu çox önəmlidir. Təsəvvür edin ki, siz düz xətt ilə gedirsiniz. Sizin yolunuzu cəmi 1 dərəcə sağa dəyişirlər. Ilk günlərdə siz yola davam etdikcə ayrıldığınız yolu da müşahidə edə bilərsiniz. Lakin bir il tamamında tamamilə fərqli yerdə olacaqsınız. Əgər yola 20 il davam ediriksə, fərqin nə qədər böyük olduğunu təsəvvür edin.
Çəkdiyim misalı məktəbəqədər müəssisəyə aid edək. Əgər bir məktəbəqədər müəssisə öz tələbələrinin düşüncələrini, əxlaq və davranışlarını, biliklərini müsbət mənada bir neçə dərəcə dəyişirsə, 20 il sonra tam fərqli fərd yetişmiş olur.

Azərbaycanda məktəbəqədər təhsilin vəziyyəti necədir?

Ortalama olaraq hər 10 uşaqdan 6-sı məktəbəqədər təhsil ala bilmir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi bu istiqamətdə ciddi işlər görməkdədir. Hal-hazırda məktəbəqədər təhsil dövlət məktəblərində pulsuz olaraq verilməkdədir. Lakin bu lahiyə müəyyən problemlər ortaya çıxarıb.
Birincisi, cəmiyyət olaraq demoqrafik artım sürətlidir. Bu üzdən illər ötdükcə mövcud məktəblər siniflərdə şagird sıxlığını yaşayır. 40-45 nəfərlik siniflər mövcuddur. Bu isə təhsilin keyfiyyətini kifayət qədər aşağı salınmasına səbəb olur. Bununla yanaşı hər il yüzlərlə əlavə məktəbəqədər tələbə məktəblərdə yerləşdirilir. Məktəblər məcbur olaraq məktəbəqədər siniflərdə uşaq sayını çox edir. Bu isə praktikada keeyfiyyətsizlik yaradır.
Ən effektiv qrup sayı 12-dir. Burada sinifləri 2-2, 3-3, 4-4 bölmək olur. Digər tərəfdən müəllim bu halda şagirdlərə fərdi yanaşa bilir. Rəqəm 45 olduqda sinifdəki vəziyyəti təsəvvür edin.

Nəticədə nə baş verir?

Bir çox valideyn keyfiyyət görə bilmədiyi üçün əlavə pul verir və tələbəni dərsdən sonra müəllimin evinə dərsə aparır.
İkincisi, bu proqrama cəlb edilmiş müəllimlərin bir çoxunun keyfiyyət göstəriciləri valideynlərin dediklərinə görə qənaətbəxş deyil. Bu müəllimlərin əksəriyyəti 30-40 nəfərlik sinif idarə edəcək təcrübədə deyil.
Bağçalarda maddi-texniki təminat son illərdə yaxşılaşmaq üzrədir. Təhsilin keyfiyyəti isə stabil olaraq qalır, və ya adətən geriləyir. Səbəb budur ki, dövlət bağçaları rəqabətsiz işləyir və yeniliklərə açıq olmur. Məsələn rəhbərlik etdiyim məktəbə qədər hazırlıq mərkəzlərində yüzlərlə belə hal ilə qarşılaşırıq: valideyn öz uşağını bağçaya aparsa da, həftədə 3 dəfə bizə əlavə dərsə hazırlığa gətirirlər. Səbəb kimi göstərilir ki, dövlət bağçasında uşaq yalnız yeyir, oynayır, yatır və vaxt keçirir. Dərs keyfiyyəti yoxdur.
Eyni zamanda özəl bağçaları üstələyəcək dövlət bağçaları var. Keyfiyyəti ilə heyrət doğururlar. Rəhbərlikdən çox şey asılıdır. Rəhbər əgər öz müəssisəsinə öz ailəsi qədər sevgi verirsə, o müəssisə çiçəklənir,inkişaf edir. Bağçalara insanlara sevgisi olan, öz üzərində işləyən, enerjili və savadlı kadrların rəhbər gətirilməsi çox şeyi dəyişə bilər. Tanıdığım 10-dan çox bağça müdiri varki, 30 ildir eyni bağçaya rəhbərlik edir. Yapon menecmentində belə deyim var: Eyni vəzifədə 5 ildən artıq oturmusansa, artıq inkişafın dayanıb. Sahəni, yerini və ya özünü dəyiş.

"Sahəni, yerini və ya özünü dəyiş"

Orxan Muxtarlı
İnterpress.az