Bu barədə İnterpress.az-a rayonun Aşağı Zeyid kənd sakinləri məlumat verib.
Məlumatda deyilir ki, kənd bələdiyyəsi kəndin ərazisində yerləşən gölü satıb. Sakinlər bildirir ki, kəndin ərazisi satıla-satıla kiçilib.
Kənd sakinləri əkinçilik üçün torpaq tapa bilmədiyi halda, başqa rayon camaatının sözügedən kənddə alıqları torpaqda əkinçiliklə məşğul olduqlarını bildirir.
“Bizim dolanışığımız əkinçiliklə çıxır. Başqa gəlir yerimiz yoxdur. Amma kənddə təsərrüfatla məşğul olmağa yer qoymayıblar. Demək olar ki, təsərrüfata yararlı bütün torpaqlar satılıb” – deyə, sakinlər bildirib.
Eyni zamanda, kəndin ərazisindən yerləşən gölün satılıb hasarlanması səbəbindən sakinlər göldən istifadə edə bilmirlər. Xüsusən, maldarlıqla məşğul olan sakinlər bildirir ki, mal-qara üçün göldən su tədarükünün qarşısının alınması üçün göl hasarlanaraq satılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan təpə-kurqanlar bələdiyyə tərəfindən icarəyə verilib. Köhnə türk qəbirləri dağıdılaraq, tarixi izləri silib, yerində balıq gölü yaradılıb.
Qeyd edək ki, Aşağı Zeyid kəndi rayon mərkəzindən və Xaçmaz dəmiryolu stansiyasından 14 km cənubda, Bakı-Moskva dəmiryolundan 10 km aralı, Qaraçayın sağ sahilində, Samur-Dəvəçi ovalığında yerləşir.
İnterpress.az