ABŞ: Avropa Türkiyə və Hindistan məhsullarına məhdudiyyət qoymalıdırbackend

ABŞ: Avropa Türkiyə və Hindistan məhsullarına məhdudiyyət qoymalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Avropa İttifaqını Rusiyadan neft məhsullarının idxalını əvəz etmək üçün Türkiyə və Hindistandan gələn enerji məhsullarına məhdudiyyət qoymağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

ABŞ Energetika naziri bildirib ki, iyul sonunda əldə olunan və növbəti üç il ərzində ABŞ nefti, qazı və nüvə enerjisinin 750 milyard dollarlıq satışını nəzərdə tutan razılaşma qlobal enerji əlaqələrinin yenidən qurulmasının bir hissəsidir.

Analitiklərin çoxu bu hədəfi real hesab etməsə də, nazir onun mümkünlüyündə israr edir.

O əlavə edir ki, ümumi məbləğin üçdə ikisi Rusiya enerji daşıyıcılarının əvəz olunması ilə qarşılanacaq.

Nazir həmçinin vurğulayıb ki, bu, Rusiyadan böyük həcmdə neft alan Türkiyə və Hindistan kimi ölkələr vasitəsilə idxalın bloklanması ilə həyata keçirilə bilər.

Xuraman Etibarlı

İnterpress.az