Tayvan Amerika şirkəti ilə birgə hazırladığı ilk raketini nümayiş etdirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sentyabrın 17-də Tayvan Amerika şirkəti ilə birgə istehsal edəcəyi ilk raketini nümayiş etdirib.
Bu, Taypey və Vaşinqton arasında Çinin hərbi təhdidinə qarşı yönəlmiş sürətlə inkişaf edən müdafiə əməkdaşlığında böyük bir addım olub.
Taypey Amerika müdafiə startapı Anduril Industries ilə birgə hazırlanmış ilk raket olan Barracuda-500-ü təqdim edib.
Barracuda-500 döyüş gəmilərinə qrup hücumları üçün nəzərdə tutulub və kamikadze dronlarına bənzər iş prinsiplərindən istifadə edir.
Ada Pekinin artan təzyiqi fonunda silahlı qüvvələrini gücləndirməyə çalışır.
Xuraman Etibarlı
İnterpress.az