Belarus prezidenti qadın ola bilər, amma indiki şəraitdə ‘təcrübəli kişi’ lazımdır.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
Lukaşenko deyib ki, ölkəyə qadının rəhbərlik etməsinə qarşı çıxmır.
O, qadınlara böyük hörmət etdiyini və prezident ola biləcək qadının tapılmasından məmnun qalacağını bildirib.
Lakin Lukaşenko əlavə edib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə Belarusun rəhbəri “mütləq barıt qoxusu görmüş möhkəm kişi” olmalıdır.
“Əgər təbiətən prezidentlik bacarığın yoxdursa, Belarusa rəhbərlik etməyə çalışmaq olmaz”, – Lukaşenko vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az