Osman Gündüz: “Sosial şəbəkələri bağlamaq yolverilməzdir”backend

Osman Gündüz: “Sosial şəbəkələri bağlamaq yolverilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial şəbəkələrin bağlanması təklifini irəli sürmək düzgün yanaşma deyil. Doğrudur, sosial şəbəkə vasitəsilə təhqir yağdıranları dəstəkləyən bir adama rast gəlməmişəm. Amma buna baxmayaraq, sui-istifadə halları real dünyada da, virtual dünyada da yolverilməzdir. Mən sosial medianın Azərbaycan üçün ciddi və çox vacib əhəmiyyətini qeyd edirəm. İndi bir qrup şəxs gedib başqa sosial şəbəkələrdə təhqir yağıdırsa, biz həmin soail şəbəkələri də bağlamağa məcbur deyilik ki? Bu, düzgün bir məsələ deyil, axı? Həmin qurpları da elə istədikləri odur ki, sosial şəbəkələr bağlansın və virtual dünyaya inteqrasiyamız olmasın”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İnterpress.az-a açıqlamasında ölkədə sosial şəbəkələrin bağlanmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, “facebook”, “tvitter”, “youtube” və digər sosial şəbəkələr normal mübarizə aparmaq üçün uyğun bir məkandır. Amma kimsə bundan sui-istifadə edirsə, həmin o kimsələrə görə sosial şəbəkələri kökündən bağlamaq da yolverilməzdir: “Bunu heç müzakirə etməyə dəyməz. Sosial medianın da Azərbaycan üçün faydaları hədsizdir. Həm dövlət qurumları, həm də cəmiyyət özü də sosial şəbəkələr vasitəsilə dünyaya inteqrasiya olunub. Bu, bir ictimai platformadır, informasiya mənbəyidir. Mən düşünürəm ki, sosial media resurslarının sahibləri üçün əhəmiyyətsiz olsa da, bizim sosial mediaya ehtiyacımız var”.

“Bunu hansı məsuliyyətsiz adam deyə bilər ki, sosial şəbəkələri bağlayaq?”

O.Gündüz sosial şəbəkələrin bağlanması əvəzinə maarifləndirmə işlərini həyata keçirmək məqsədəuyğun hesab edib: “Azərbaycanın qarşısına qoyduqları məqsədlər var, strateji bir maraqları var. Azərbaycan bu maraqlarından çıxış edərək sosial media vasitəsilə səsini dünyaya çatdırır. Biz ermənilərlə informasiya müharibəsi aparmalıyıq. Biz qlobal dünyaya sosial media vasitəsilə inteqrasiya etməliyik. Azərbaycan əleyhinə düşünülmüş şəkildə qlobal dünyada atılan addımların cavabları da sosial media vasitəsilə verilir. Bunu hansı məsuliyyətsiz adam deyə bilər ki, sosial şəbəkələri bağlayaq? Hesab edirəm ki, bu, yolverilməzdir və düzgün bir şey deyil. Sadəcə, çalışmalıyıq ki, sosial mediada dərc olunan təhqirlərin, söyüşlərin qarşısını almaq üçün ictimai təpki göstərmək lazımdır. Düşünürəm ki, bunun üçün maarifləndirmə işləri aparmaq, cəmiyyətin bu təhqirlərə qarşı formalaşması lazımdır. Eyni zamanda, Azərbaycan höküməti özünün imkanlarından istifadə edərək bunların qarşısını ala bilər”.

“Kimsə hardasa nəsə deyirsə, biz məcbur deyilik ki, onlara reaksiya verək”

O qeyd edib ki, ölkəmizə qarşı çıxış edən sıravi adamların fikirlərinə reaksiya vermək doğru deyil: “Bəzən müşahidə edirəm və görürəm ki, hansısa bir məmur tərəfindən sıradan bir adama qarşı o dərəcədə aşırı reaksiyalar verilir ki, həmin adam heç ictimai gündəmdə yoxdur, heç ictimai çəkisi də yoxdur. Amma kiminsə reaksiyası fonunda artıq o məşhurlaşır. Yəni, bu cür aşırı diqqətlərə də ehtiyac duymuram. Kimsə hardasa nəsə deyirsə, biz məcbur deyilik ki, onlara reaksiya verək. Düşünürəm ki, aşırı reaksiyalardan çəkinmək lazımdır. Amma normal və sağlam şəkildə diskussiayalar aparmaq, mübarizə aparmaq və tənqidlər etmək lazımdır”.

“Azərbaycan höküməti sosial media resurları ilə əməkdaşlığı gücləndirməlidir”

O.Gündüz Azərbaycan hökumətinə sosial media resursları ilə əməkdaşlıq etməyi təklif edib. Onun sözlərinə görə, sosial şəbəkələrdə təhqir və böhtanların, dövlətimizə qarşı kampaniyaların qarşısının alınması üçün ictimai qınaq, sosial media resursları ilə əməkdaşlıq etmək və həmin resursların nümayəndələrini Azərbaycana dəvət edərək onlar üçün ölkəmizdə nümayəndəlik açmaq lazımdır: “Hesab edirəm ki, Azərbaycan höküməti sosial media resurları ilə əməkdaşlığı gücləndirməlidir. Bu əməkdaşlıq fonunda bu cür dövlətçilik əleyhinə olan halların qarşısını almaq üçün istifadə edə bilər. Misal üçün, Türkiyədə bu əməkdaşlıq gerçəkləşib. Sosial media resurslarının administrasiyaları ilə əməkdaşlqı çərçivəsində Azərbaycan əleyhinə çağırışların qarşısının alınması daha doğrudur. Hesab edirəm ki, Azərbaycan bu yolu tutmalıdır”.

O bildirib ki, artıq Türkiyə də sosial media resurslarının rəhbərlikləri ilə əməkdaşlıq edir: “Vaxtilə, Türkiyədə “Youtube”a və “Vikipediya”ya giriş qadağan olunmuşdu. Amma sonradan Türkiyə hökuməti sosial şəbəkə rəhbərliyi ilə əməkdaşlıq edib problemləri aradanq aldırmağa nail oldu. Eyni əməkdaşlıq üçün müəyyən addımları Azərbaycan höküməti də edə bilər. “Əgər, bir qrup şəxs dövlətçiliyimizə qarşı qanunauyğun olmayan formada müdaxilə edirsə, hüquq-mühafizə orqanlarımız sözügedən sosial media rəhbərliyinə müraciət etməlidir”.

Səid Qərib

İnterpress.az