İnterpress.az xəbər verir ki, jurnalist İbrahim Nəbioğlu bir zamanlar orta məktəblərdə şagirdlərin əsas dostu olan Erisman partalarının tibbi faydası haqqında maraqlı məqamları vurğulayıb:
Əsl adı Fridrix Huldreyx Erismandır (alm. Friedrich Huldreich Erisman, 1842, Hontenşvil, İsveçrə – 1915, Sürix, İsveçrə), İsveçrəli həkim, gigienaçı və oftalmoloqdur, ictimai gigienanın əsas prinsiplərini yaratmış görkəmli alimdir.
Bir çox rus qaynaqları onu böyük rus alimi adlandırır. Halbuki o, sadəcə olaraq 1869-1896 illərində pravoslavlığı qəbul etdiyi üçün gəlib Peterburqda çalışmışdı. Ruslar onu pravoslav adı – Fyodor Fyodoroviç Erisman kimi yadda saxlayıb, İsveçrə köklərini isə arxa plana atıblar. Rusiyaya gəldiyi ilk illərdə göz həkimi olaraq fəlaiyyət göstərən Erisman sonralar özünün məşhur \”Məktəbin yaxıngörməyə təsiri\” adlı kitabını yazır. O, bu əsərində şagirdlərin masa arxasında oturma şəklinin onun bədən quruluşuna və görmə qabiliyyətinə təsirini araşdıraraq, məktəb mebeli üzərində çalışmalar aparıb. Və nəticədə 1870-ci ildə ortaya şəkildə gördüyünüz və bir çoxlarınızın bildiyi məşhur \”Erisman partaları\” çıxıb.
Partanın mükəmməl düşünülmüş quruluşu şagirdə yazmaq, çəkmək və oxumaq üçün inanılmaz ideal şərait yaradır. Bu quruluşa görə oxumaq da, yazmaq da ancaq düz bucaq altında mümkündür, kitab və dəftərlə göz arasındakı məsafə isə optimal sayılan 30-40 sm aralıqdadır.
Burada oturmaq və dərsə cavab vermək üçün qalxmağı asanlaşdıran açılıb-bağlanan qapaq, portfeli asmaq üçün yan asılqan, mürəkkəb qabı və penal üçün oyma yerlər, ayağı uzadıb qoymaq üçün yer nəzərdə tutulub. Erisman uşaqların zədə almaması üçün partada kəskin və iti bucaqlardan istifadə etməyib, söykənmək üçün arxa bölüm isə o qədər dəqiq hesablanıb ki, məktəblinin \”donqar\” oturması mümkün deyil, fəqərəsi dərs boyu düzgün formada durur.
Erismanın konstruksiyası tam bir mühəndislik xariqəsidir, ondan bu gün də az da olsa bir çox ölkələrdə istifadə edilir. Ancaq zamanla bu partaların yerini daha ucuz başa gələn müasir masalar tuturlar.
Ruslar isə hər yerdə Erismanı görkəmli rus olaraq qələmə verir, bu partaların onlar tərəfindən icad edildiyini bəyan edirlər. Halbuki, nə qədər acı həqiqət də olsa bu partaların çertyojları Rusiyada ixtira edildiyi 1870-ci ildən düz 5 il əvvəl – 1865-ci ildə Almaniyada Farner tərəfindən çəkilib.
İnterpress.az