Yol qəzalarının qarşısını almaq üçün nə etmək lazımdır? – EKSPERT RƏYİbackend

Yol qəzalarının qarşısını almaq üçün nə etmək lazımdır? – EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İqtisadi Komissiyası və Ümumdünya Səhiyyə Təşkilatının birlikdə apardığı araşdırmalarda deyilir ki, əgər, yol nəqliyyat hadisələri baş verən yerə həkim briqadasının 8 dəqiqə ərzində çatması təmin olunsa, qəza nəticəsində ölüm hadisələrinin baş verməsi xeyli azalar”.

Bunu İnterpress.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Azərbaycanın avtomobil yollarında baş verən yol qəzaları haqqında danışarkən deyib.

O, bildirib ki, yollarda nəqliyyat hadisələrinin qarşısının alınması üçün müxtəlif istiqamətlərdə bir sıra tədbirlər görmək lazımdır: “Ümumi və qısa şəkildə deyə bilərəm ki, xüsusi bir dövlət proqram hazırlanmalıdır. Məndə olan məlumata görə, hətta, bu proqram artıq hazırlanıb. Həmin dövət proqramını təsdiq edib həyata keçirmək lazımdır. Bütün istiqamətlərdə iş görmək lazımdır. Həmin bu proqrama isə sürücü hazırlığı, yolların vəziyyəti, nəqliyyat parkının vəziyyəti, yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara xidmət göstərmək, əhalinin yol hərəkətinin təhükəsizliyi ilə bağlı maarifləndirilməsi və s xidmətlər daxildir”.

Yol qəzalarının qarşısını almaq üçün nə etmək lazımdır? - EKSPERT RƏYİƏ.Hüseynov magistral yolların kənarlarında Təcili Tibbi Yardım stansiyalarının yaradılması haqqında ünvanladığımız suala cavab olaraq bildirib ki, Azərbaycanda səhradan keçən böyük kilometrlərlə ölçülən yollar olmadığına görə, buna ehtiyyac yoxdur: “Ona görə də, magistral yol kənarlarında təcili tibbi yardım stansiyaları ancaq yaşayış yerlərindən xeyli uzaq səhralardan keçən avtomobil yollarının kənarında xidmət göstərir. Azərbaycanda isə bütün yollar yaxın-yaxın rayon ərazilərində yerləşir. Hazırda Səhiyyə Nazirliyinin xüsusi bir əmri var. Respublika əhəmiyyətli yollarda konkret yol sahələrində təhkim olunmuş tibb müəssisələri var. Təcilli tibbi yardımın çağırış xidmətləri var. Onların təşkil olduğu zonalar vardır. Amma bütün bunlar arasında çatışmazlıqlar aşkar olunursa, təkmilləşdirmək lazımdır. Amma bəzən yol nəqliyyat hadisəsi baş verir və hadisə nəticəsində nəqliyyat vasitələrində olan insanlar yerindəcə dünyasını dəyişir. Buna isə, təcili tibbi yardım nə edə biləcək? Heçnə”.

Ekspert yol qəzalarının qarşısının alınması üçün avtomobil yollarına yol polislərinin cəlb olunmasını deyil, yollarda maarifləndirici texniki vasitələrin olmasını zəruri sayıb: “Qadağan olunmuş ərazilərdə yüksək sürətlə avtomobili idarə edərək qəza törədən şəxslər özlərini idarə edə bilmirlər. Adam birinci özünü idarə edə bilməlidir, təhülkəsizlik haqqında təfəkkürü işə salmalıdır. Yol hərəkətinin təhlükəsizliyinin yüksək olduğu ölkələrdə yol polisləri elə də çox deyil. Yollarda texniki vasitələr çoxdur. Ümumiyyətlə, sürücülərin təhlükəsizlik barədə düşüncələrini formalaşdırmaq lazımdır”.

Sədi Qərib

İnterpress.az