Moskvanın mərkəzində Azərbaycan bayraqları dalğalanır – FOTObackend

Moskvanın mərkəzində Azərbaycan bayraqları dalğalanır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Moskvaya ezam olunmuş xüsusi müxbiri Toğrul Allahverdilinin verdiyi məlumata görə, yürüşdə Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarının bütün üzvləri fəallıq nümayiş etdiriblər.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı,Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Ümumrusiya Azərbaycanlıları Konqresinin üzvləri yürüşdə fəal iştirak ediblər.

Eyni zamanda, Rusiyada yaşayan minlərlə azərbaycanlı \”Ölməz alay\” yürüşünə qatılıb.

İştirakçılar Azərbaycanı yüksək səviyyədə təmsil ediblər. Yürüşdə vətənpərvərlik mövzusunda yazılmış Azərbaycan mahnıları, şeirləri səsləndirilib. Bununla yanaşı, işğal altında olan Azərbaycan rayonlarının adları çəkilərək şüarlar səsləndirilib.

Yürüşdə iştirak edən azərbaycanlılar bu qələbənin Dağlıq Qarabağda keçirəcəkləri günü səbrsizliklə gözlədiklərini bildiriblər. Onlar Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevdən əmri ilə hər an Dağlıq Qarabağı işğaldan azad etməyə hazır olduqlarını vurğulayıblar.

Qeyd edək ki, ötən gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüş keçirilib. Görüşdə Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri Şamil Tağıyev də iştirak edib. Görüş zamanı \”Ölməz alay\” ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib. Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib.

İnterpress.az

Moskvanın mərkəzində Azərbaycan bayraqları dalğalanır - FOTO