Ermənilərin tapşırıqlarını pul müqabilində icra edənlər…backend

Ermənilərin tapşırıqlarını pul müqabilində icra edənlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın dəhlizinin “paz” olub erməniləri və ya havadarlarını incitdiyini bilirdik. Lakin özü bizdən, sapı isə dayılarından olanları bu tezlikcə ifşa edəcəyini bilmirdik. Neçə vaxtdır ki, haylar tayları olan farslar və firənglərlə birgə özlərinə əl qatıblar ki, guya Laçın dəhlizi bağlıdıdır.

İnterpress.az xəbər verir ki, bunu Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili bildirib.

“Doğrusu, düşmən deyəndə həmişə adamın ağlına ilk olaraq erməni gəlir. Amma çox təəssüflər olsun ki, öz milliyyətimizdən olan düşmənlərimiz də var. Çox güman belələri məhz ermənilərin hansısa pul müqabilində xüsusi tapşırıqlarını icra edir – buna şübhəm yoxdur.

Amma adama deyərlər, heç olmasa bişey-mişey çıxır?

Axı sən hansı prestijin müqabilində öz Vətənini, öz millətini, öz xalqını, öz dövlətini və öz torpağını satmağa cürət edə bilərsən?! Bu, təbii ki, ritorik sualdır və cavab almaq mahiyyəti daşımır. Sənin zatən hansı yuvanın quşu olduğunu gec də olsa bilirdik.

Bütün dünya görür və bilir ki, Laçın dəhlizi hətta bağlananda belə sırf təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədiylə qapadılır. Azərbaycan hökuməti artıq bir neçə ildir ki, sərhədlərini bağlayıb. Bu, ölkəmizin beynəlxalq hüquq-normalarına uyğun və milli konstitusion haqqıdır. Əgər bu gün Laçın sərhədi açıqdırsa, bu, yalnız Azərbaycanın Qarabağda yaşayan erməni vətəndaşlarının Ermənistana gediş-gəlişi üçündür.

Bu yolun bağlı olmasını və Qarabağdakı erməni əhalisinin blokadaya salınmasını, eləcə də onların guya aclıqdan öldüklərini iddia etmək yüngül desəm, nadanlıq, alçaqlıq, xəyanətkarlıq və şərəfsizlikdir”, – T.Allahverdili əlavə edib.