Şamaxıda qətl hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb.
İlkin məlumata əsasən, 1994-cü il təvəllüdlü Əliyev Teymur Vüqar oğlu ailə münasibətləri zəminində qayınatası 1971-ci il təvəllüdlü Quliyev Elşen Seyfi oğluna bıçaqla ağır xəsarət yetirib.
Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin həyatını xilas etmək olmayıb. Bıçaqlanan şəxs bir müddət sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./apa