“Məmurlar jurnalistləri susdurmaq üçün rüşvət verirlər…”backend

“Məmurlar jurnalistləri susdurmaq üçün rüşvət verirlər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kriminal 107” qəzetinin baş redaktorunun DTK tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilməsi ilə bağlı məlumat yayılmaqdadır. Məlumata görə, baş redaktor vəzifəli şəxləri şantaj edərək pul almaqda ittiham olunur.
Maraqlıdır, bu cür həbslər reket jurnalistikasına qarşı mübarizə baxımından nə dərəcədə effektivdir?

İnterpress.az xəbər verir ki, Moderator.az-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Hüquq-mühafizə orqanlarının vəzifəlrindən biri də qanun pozuntularını önləyəcək tədbirlər görməkdir. Indiki halda qeyd etdiyiniz hadisənin gerçək səbəbləri mənə bəlli deyil. Mən bilmirəm ki, deyilənlər nə dərəcədə gerçəkdir. Çünki biz ölkədə bu tip həbsləri çox görmüşük. Olub ki, kimsə bir səbəbdən həbs olunub, lakin sonra bəlli olub ki, həbsinin səbəbi tamamilə başqadır. Tutaq, kimsə heykəl yazır. Ona narkobaron kimi 10 il həbs verirlər. Status yazan terrorizmi dəstəkləməkdə ittiham olunur və ya dövlət çevrilişinə cəhddə təqsirləndirilir. Odur ki, indiki halda istintaq və həbs məsələsini dərhal qiymətləndirmək mümkün deyil. Ədalətli məhkəmə prosesi olarsa, bu proses nəticəsində bəlli olarsa ki, jurnalist şantajla pul alır, o zaman əlbəttə ki, bu cür həbslər yerində olan addım kimi qiymətləndirilə bilər. Lakin reket jurnalistikasına qarşı sadəcə həbslərlə mübarzə aparmaq yetərli deyil.
Əgər ölkədə məmur jurnalisti susdurmaq üçün rüşvət verməzsə, kimsə ondan zorla pul ala bilməz. Bataqlığı qurutmadan ağcaqanadın kökünü kəsmək olmaz. Öncə bataqlıq qurumalıdır. Bataqlığı qurutmadan jurnalistləri həbs etmək effekt verməyəcək. Bu proes bir gündə yaranmır. Bu proses bu günə qədər formalaşan ənənədən doğur. Kimlərsə jurnalisti görən kimi daim onun cibinə pul basmaqla məşğul olub. Sonra bu ənənə pozaulanda, başqa meyl və cəhdlər üzə çıxır”.

İnterpress.az