“Azərbaycan dövləti xalqımızı zəhərləmək niyyətində olanlara ciddi mesaj verir” – RƏYbackend

“Azərbaycan dövləti xalqımızı zəhərləmək niyyətində olanlara ciddi mesaj verir” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dövləti xalqımızı zəhərləmək niyyətində olanlara ciddi mesaj verir”.

Bu sözləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.

Onun sözlərinə görə, bu gün İrandan Azərbaycan ərazisinə 83 kq narkotik vasitə keçirməyə çalışan dəstə sıradan, hansısa narkobiznes şəbəkəsinin üzvləri deyillər:

“İllərdir ardıcıl surətdə bu kimi çirkinliklərin ölkəmizə əsasən bir istiqamətdən – İrandan gəlməsi, Azərbaycan xalqının genofondunu zədələmək məqsədi, həmçinin bir növ “müharibə” xarakteri daşımaqdadır”.

N.Çıraqzadə bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər, İrandan Azərbaycana narkotrafikin sıxlığını və həcmini xeyli dərəcədə azaldıb:

“Azərbaycanın hüquq-mühafizə orqanları və Dövlət Sərhəd Xidməti əməkdaşlarının çevik və qətiyyətli əməliyyatları, istər ölkə daxilində, istərsə də, cənub sərhədlərimizdə gördüyü tədbirlər bu kimi halların qarşısını əhəmiyyətli dərəcədə azaldıb. Ancaq göstəricilər hələ də tükürpədici səviyyədədir. Düşünürəm ki, narkotik alverinə qarşı bu gün keçirilən əməliyyatla da Azərbaycan dövləti xalqımızı zəhərləmək niyyətində olanlara ciddi mesaj verir. Biz də ifadə etmək istəyirik ki, Azərbaycan xalqının milli genofondunu, yüksək dəyərlərə malik xarakterini heç bir qüvvə yox edə bilməyəcək”