Nüvə silahlanmasına investisiyalar artırbackend

Nüvə silahlanmasına investisiyalar artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüvə Silahlarının Qadağan edilməsi İzləyicisi və Nüvə Silahlarını Ləğv Etmək üzrə Beynəlxalq Təşəbbüs (ICAN) tərəfindən hazırlanan hesabatlarda 2019-2022-ci illərdə nüvə silahına sahib 9 ölkənin nüvə silahı hazırlamaq üçün etdiyi sərmayələr dərc edilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, dünya üzrə nüvə silahlarına investisiyalar 2019-cu ildə 72,9 milyard dollar, 2020-ci ildə 72,6 milyard dollar, 2021-ci ildə 82,4 milyard dollar, 2022-ci ildə isə 82,9 milyard dollar təşkil edib. 4 ildə investisiyaların 10 milyard dollar artması diqqət çəkib.

Nüvə silahına ən çox sərmayə qoyan ABŞ-ı sırasıyla Çin, Rusiya, İngiltərə, Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreya izləyib.

ABŞ 2019-cu ildə nüvə silahına 35,4 milyard dollar sərmayə qoyduğu halda, 2020-ci ildə 37,4 milyard, 2021-ci ildə 44,2 milyard, 2022-ci ildə 43,7 milyard dollar xərcləyib.

Çinin xərcləri 2019-cu ildə 10,4 milyard dollar olduğu halda, bu, 2020-ci ildə 10,1 milyard dollara, 2021 və 2022-ci illərdə isə 11,7 milyard dollara yüksəlib.

Rusiya bu silahlara 2019-cu ildə 8,5 milyard, 2020-ci ildə 8 milyard, 2021-ci ildə 8,6 milyard, 2022-ci ildə 9,6 milyard dollar xərcləyib.

Böyük Britaniyanın nüvə silahına 2019-cu ildə 8,9 milyard, 2020-ci ildə 6,2 milyard, 2021 və 2022-ci illərdə isə 6,8 milyard dollar xərclədiyi görünür.

Fransa 2019-cu ildə nüvə silahlarına 4,8 milyard, 2020-ci ildə 5,7 milyard, 2021-ci ildə 5,9 milyard və 2022-ci ildə 5,6 milyard dollar sərmayə qoyub.

Hindistanın bu silahlar üçün kassasının 2019-cu ildə 2,3 milyard dollar olduğu halda, bu məbləğin 2020-ci ildə 2,48 milyard, 2021-ci ildə 2,3 milyard və 2022-ci ildə 2,7 milyard dollar olduğu müəyyən edilib.

İsrail 2019-cu ildə 1 milyard dollar, 2020-ci ildə 1,1 milyard dollar, 2021 və 2022-ci illərdə isə 1,2 milyard dollar nüvə silahının yaradılmasına xərcləyib.

Pakistanın nüvə silahı investisiyaları 2019 və 2020-ci illərdə 1 milyard dollar olaraq təyin olunarkən, bu rəqəm 2021-ci ildə artaraq 1,1 milyard dollara çatıb, 2022-ci ildə yenidən 1 milyard dollara düşüb.

Nüvə silahı müzakirələrinin mərkəzində olan Şimali Koreyanın nüvə silahı investisiyalarının 2019-cu ildə 600 milyon dollar, 2020-ci ildə 667 milyon dollar, 2021-ci ildə 642 milyon dollar və 2022-ci ildə 589 milyon dollar olacağı təxmin edilir.