Özbəkistana edilən raket hücumu: “Türkiyə üçün arzuolunan ssenari deyil”backend

Özbəkistana edilən raket hücumu: “Türkiyə üçün arzuolunan ssenari deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan XİN-nin məlumatına görə, ölkənin sərhədinə 5 raket atılıb. Nazirliyin məlumatında mərmilərin Əfqanıstan tərəfdən gəldiyi ehtimal edildiyi vurğulanır. “Sputnik Tacikistan”ın Əfqanıstanın Bəlx vilayətindəki mənbəsinin məlumatına görə isə raket hücumu Şurtep rayonunun Tokay kəndindən edilib. Özbəkistan sərhədində bu tipli insidentlər tez-tez baş verir. Lakin budəfəki hadisə heç də əvvəlkilər kimi sadə deyil və pərdəarxası məqamları var. Məsələ ondadır ki, atılan mərmilərdən biri həmin ərazidəki futbol meydançasına, digəri isə yaşayış məntəqələrindən kənara düşüb. Yəni məqsəd heç də terror aktı törətmək və ya hansısa obyekti məhv etmək deyil.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında qeyd edib ki, hadisənin baş verdiyi gün Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan lideri Şövkət Mirziyayev arasında telefon danışığının baş tutması diqqət çəkir. Belə ki, dövlət başçıları aktual məsələləri, o cümlədən ticari-iqtisadi əməkdaşlığı müzakirə edib. Bundan başqa, Putin Özbəkistan rəhbərliyinin Qaraqalpaqda vəziyyəti sabitləşdirmək səylərini dəstəklədiyini bildirib:

“Verilən ilkin məlumatda deyilir ki, “naməlum şəxslər “Suzuki” markalı avtomobilə raketlər quraşdıraraq Özbəkistan tərəfə atıblar. Hadisədən sonra maşının tamamilə yanması və hadisə iştirakçılarının ərazini tərk etməsi də bunun sadə bir hadisə olmadığını göstərir. Açıq görünür ki, hadisəni törədənlər arxalarında iz qoymaq istəmir. Özbəkistan sərhədinə atılan 5 raket və hadisə iştirakçılarının arxalarında iz buraxmaması bu hadisənin Qaraqalpaqsıtanda baş verən hadisələr fonunda baş verməsi və nəhayət Putinin Mirziyayevə zəngi hadisənin Rusiya tərəfindən törədildiyini düşünmək üçün əsaslar yaradır.

İkincisi, Kreml bununla rəsmi Daşkəndə bir müddətdir rus mediasında səslənən yazılarda “Qaraqalpaqsıtan “Özbəkistanın Krımı”” ifadəsini xatırladıb. Yəni Rusiya Krımı ilhaq etdiyi kimi Qaraqalpaqsıtanı da ilhaq edə biləcəyi mesajını vermiş oldu. Prinsip etibarilə, Özbəkistan konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının referendum yolu ilə müstəqilliyini elan etmək və ya başqa ölkəyə birləşmək səlahiyyəti öz əksini tapıb və son hadisələr də göstərdi ki, Özbəkistan bu səlahiyyəti qaraqalpaqlardan bu tezlikdə ala bilməyəcək.

Rusiya Prezidenti Vladimir Putin ilə yanaşı, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub. Tərəflər bir çox məsələlər ətrafında danışsa da Ərdoğanın Mirziyayevi təmkinli davranmağa, Kremllə üz-üzə gəlməməklə bağlı məsləhət verməsi də mümkündür. Aydındır ki, Özbəkistan Qaraqalpaq məsələsini uzatsaydı, Rusiya prosesə daha radikal formada müdaxilə edər, Ukraynadakı ssenari etnik konflikt halında Özbəkistanda cərəyan edərdi. Aydın məsələdir ki, qaraqalpaqlarda məmnuniyyətlə rusları regiona dəvət edərdi. Bu isə türk birliyində çalışan Türkiyə üçün heç də arzuolunan ssenari deyil”.