Paşinyan İran prezidenti ilə nələri müzakirə edib? – “Danışılası çox mövzuları var”backend

Paşinyan İran prezidenti ilə nələri müzakirə edib? – “Danışılası çox mövzuları var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı iştirakçılarının növbəti tədbiri zamanı baş verib. Yəni bu, onların əvvəlcədən müəyyən etdiyi görüş deyildi”.
Bunu açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O bildirib ki, Paşinyanın fürsətdən istifadə edərək Rəisi ilə görüşməsi təbiidir və qabaqcadan planlaşdırılmamışdı:
“Lakin iki prezidentin fikir mübadiləsi aparması üçün yetərincə səbəbləri var idi. Bildiyiniz kimi Paşinyanın ilk səfəri də İrana olmuşdu və bu, ikinci görüş idi. İki dövlət arasında həll olunası çox məsələlər var. Müzakirə edilən məsələlərə gəldikdə isə burada böyük spektrdə mövzular yer ala bilər – iqtisadi məsələdən tutmuş, siyasi məsələlərə kimi.  Amma onların arasında ən önəmlisi, Gorus-Qafan yolunda İran maşınlarının, ümumiyyətlə, Ermənistana gedən avtomobillərin yoxlanılmasıdır. Uzun müddətdir ki, Azərbaycan tərəfi İran TIR-larının, xüsusilə yanacaq daşıyan maşınların Ermənistana və oradan da Qarabağa yük daşıması haqqında şikayətlər edir, məlumatlar verirdi. Hətta bununla bağlı İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb nota verilmişdi, lakin cavab alınmamışdı.
Hesab edirəm ki, dövlət başçıları arasında müzakirə edilən əsas məsələ məhz budur. Artıq Gorus-Qafan yolunun Ermənistanın ürək yolu olduğu hamıya bəllidir. Ora gedən yüklərin 60 faizi buradan keçir. Yolun bağlanması və ya yüklərin dayanması Ermənistan , eləcə də İrana iqtisadi ziyan verir. Dövlət rəhbərləri isə bu problemi aradan qaldırmaq üçün görüşdü”.

Müsahibimiz problemin çıxış yolundan da söz açıb: “Paşinyan qeyd etmişdi ki, bu, Azərbaycanın yoludur və öz ərazisində öz yoluna nəzarət edir. Hesab edirəm ki, İranın da fikri Paşinyanın fikri ilə üst-üstə düşəcək. Əgər belə olmasaydı, artıq diplomatik yollarla Azərbaycanın nəzərinə çatdırılardı ki, vəziyyətin düzəlməsinə köməklik edilsin və ya narazılıqlar olardı. Fikrimcə, görüşdən sonra hər iki şəxs Gorus-Qafan yolunun Azərbaycana aid olduğu, göstərilən şərtlərin qəbul edilməsi və alternativ yolun çəkilməsi istiqamətində razılığa gələcək.  Onlar Azərbaycanın diqtəsi altında hərəkət edəcəklər. Bu diqtə də İran maşınlarının Qarabağa yük daşımaması, yaxud Azərbaycanın nəzarəti altında yükdaşımaları ola bilər”.Sfera.az