“Santa Barbara”nın məşhur aktyoru ÖLDÜbackend

“Santa Barbara”nın məşhur aktyoru ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Santa Barbara” serialında oynayan amerikalı aktyor Co Marinelli 68 yaşında dünyasını dəyişib.

İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Sabun operasının ulduzu Co Marinelli 68 yaşında vəfat edib.

Bir neçə il idi ki, aktyor mədə və boğaz xərçəngi ilə mübarizə aparırdı. Həyat yoldaşı Cin Marinellinin dediyinə görə, onun ölümü mədə xərçəngindən olub.

Marinellinin filmoqrafiyasına “Santa Barbara”, “Təcili Yardım”, “Doktor House” və bir çox başqa seriallar daxildir. Ümumilikdə o, tammetrajlı filmlərdə və seriallarda 50-dən çox rol oynayıb.

Xuraman Etibarlı

İnterpress.az