Tovuzda dönərdən 26 nəfər zəhərlənib.
İnterpress.az xəbər verir ki, bu gün saat 16:56 radələrində 26 nəfər zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Onlar 2012-ci il təvəllüdlü Qədir Yusofov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.