Daha bir nüvə alimi İranda İsrailin hücumu nəticəsində həlak olub.
İnterpress.az xəbər verir ki, bu barədə İran xəbər saytı “Nours News” məlumat yayıb.
Bildirilir ki, daha bir nüvə alimi Səid Tabatabai həyat yoldaşı ilə birlikdə İranda İsrailin hücumu nəticəsində həlak olub.
O, 2004-cü ildə maşınqayırma ixtisası üzrə magistr, 2007-ci ildə isə həmin sahə üzrə elmlər doktoru elmi dərəcəsini nüvə energetikası üzrə ixtisası üzrə alıb və ömrünün uzun illərini ölkənin nüvə sənayesinə həsr edib.
İsrail mediasının məlumatına görə, o, Tehrandakı mənzilində öldürülüb.
Qeyd edilir ki, hazırda həlak olan nüvə alimlərinin sayı 17-yə çatıb.
Xuraman Etibarlı
İnterpress.az