Gürcüstanda müxalifət tərəfdarı polis əməkdaşına hücum etməkdə ittiham edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Gürcüstan Prokurorluğu müxalifət tərəfdarı Zviad Ritanini polis əməkdaşına hücum etməkdə ittiham edib.
İstintaq müəyyən edib ki, bu il iyunun 23-də Ratiani polis əməkdaşının üzünə zərbələr endirib.
Ratiani həmin gün saxlanılıb. Onu 4 ildən 7 ilə qədər həbs gözləyir.
Bu, Ratianinin ilk həbsi deyil. Polis ötən ilin noyabrında Tbilisinin mərkəzində parlamentin yaxınlığında keçirilən etiraz aksiyalarında fəalı artıq həbs edib.
Xuraman Etibarlı
İnterpress.az