Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan Şuşa-Xankəndi yolunda “Azərışıq” ASC-nin əməkdaşları tərəfindən Şuşa-Xankəndi yoluna işıq çəkilib.
Bu barədə İnterpress.az-a Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçısı, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək ictimai Birliyinin sədri Toğrul Allahverdili bildirib.
Onun sözlərinə görə, ərazi Azərbaycanın dövlət qurumu tərəfindən işıqlandırılıb. T.Allahverdili həmçinin bildirib ki, Volkov gələnə qədər aksiya iştirakçıları bu axşam ərazidə qurulan çadırda gecələyəcəklərinə qərar veriblər.
Bununla yanaşı ərazidə Azərbaycan bayrağı ucaldılıb.