Bu gün “Veteninfo.az” saytının fəaliyyətə başlamasının növbəti ildönümüdür.
İnterpress.az xəbər verir ki, xəbər portalının fəaliyyətə başlamasından 12 il ötür.
Veteninfo.az 2012-ci ilin martın 17-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytın təsisiçisi və baş redaktoru tanınmış jurnalist Nahid Canbaxışlıdır.
www.veteninfo.az domeni ilə fəaliyyət göstərən sayt vasitəsilə gün ərzində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar, eləcə də şou və əyləncə xəbərləri geniş oxucu kütləsinə təqdim olunur.
Veteninfo.az operativliyi və dəqiqliyi ilə geniş oxucu auditoriyası toplayıb.
Onlayn media subyekti siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.
Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər.
İnterpress.az kollektivi “Veteninfo.az”dakı həmkarlarını təbrik edir, onlara yaradıcılıq uğurlar arzulayır!