Lukaşenko 25 nəfər məhkumu ƏFV ETDİbackend

Lukaşenko 25 nəfər məhkumu ƏFV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko 25 nəfərin əfv olunması barədə sərəncam imzalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Məlumatda bildirilir ki, əfv edilənlər arasında ekstremist yönümlü cinayətlərdə məhkumlar da var.

Sərəncamda qeyd olunur ki, əfv edilənlərdən 12-si qadın, 13-ü kişidir.

19 nəfər 40 yaşdan aşağıdır, biri isə hələ yeniyetmə ikən cinayət törədib.

Onların əksəriyyətinin uşaqları var, bir nəfər isə çoxuşaqlı ana kimi diqqət çəkir.

Xuraman Etibarlı

İnterpress.az