Eks-hakimdən 13 milyardlıq əmlak MÜSADİRƏ EDİLDİbackend

Eks-hakimdən 13 milyardlıq əmlak MÜSADİRƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada keçmiş məhkəmə sədrindən 13 milyard rubl (təxm. 265 616 000 man) dəyərində əmlak müsadirə edilib. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məhkəmə qərarı ilə Adıgey Ali Məhkəməsinin sabiq sədri Aslan Traxov və onun ailəsinə məxsus əmlak dövlətə keçirilib.

Qərara əsasən, ümumilikdə 214 daşınmaz əmlak obyekti müsadirə olunub. Bunlara 118 torpaq sahəsi, 71 kommersiya binası, 11 yaşayış evi və 14 yarımçıq tikili daxildir.

Əmlakların ümumi sahəsi 13 min kvadrat metr, bazar dəyəri isə 13 milyard rubl (təxm. 265 616 000 man) qiymətləndirilir.

Məlumata görə, bütün obyektlər Traxovun vəzifədə olduğu dövrdə qohumlarının adına rəsmiləşdirilib.

Dövlət orqanları bunun qanunsuz yolla əldə edilmiş gəlir olduğunu iddia edir.

Xuraman Etibarlı

İnterpress.az