ABŞ Kosmik və Aviasiya Agentliyinin (NASA) Ceyms Uebb Kosmik Teleskopu indiyə qədər müşahidə edilən ən uzaq və ən qədim “ölü qalaktika”nın fotosunu çəkib, bu, kainatın əmələ gəlməsi nəzəriyyələrini dəyişdirə bilər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Alimlər araşdırmalarında Webb Teleskopu görüntüləri və təsbit edib, 13,8 milyard illik kainatın meydana gəlməsindən 700 milyon il sonra var olduğu düşünülən “ölü qalaktika”da ulduz meydana gəlməsinin birdən-birə dayandığını təyin edib.
Tədqiqatçılar qeyd ediblər ki, “sürətli yaşayan və gənc ölən” “JADES-GS-z7-01-QU” adlı qalaktikanın tədqiqi kainatın ilkin mərhələləri və qalaktikalarda ulduz əmələ gəlməsinə təsir edən amillərlə bağlı yeni məlumatlar ortaya çıxara bilər.
Yerdən milyardlarla işıq ili uzaqda olan “ölü qalaktika”nın hələ də yeni ulduz əmələgəlmələrinin müşahidə olunduğu Samanyolu Qalaktikası yaxınlığındakı “Kiçik Macellan Buludu” kimi əvvəllər müşahidə edilən böyük ölü qalaktikalardan fərqli olaraq az kütləli olduğu müəyyən edilib.