İnterpress.az xəbər verir ki, bu günlə əlaqədar Bakının Binəqədi rayonu ərazisində yerləşən Corce Eneskunun abidəsi önündə mərasim keçirilib. Rumıniyanın ən məşhur bəstəkarı Corce Enesku (1881-1955) Rumıniyanın zəngin xalq musiqisindən Ilham alıb. Eneskunun ən məşhur bəstələrinə “Rumıniya apsodiləri” (1901, 1902), “Edip” (“Oedipe”) operası (1936) və orkestr üçün süitalar daxildir. Onun karyerasının, eləcə də rumın və dünya musiqisinə verdiyi töhvələrinin şərəfinə Buxarest hər iki ildən bir Avropada ən böyük festivallardan olan “Corce Enesku beynəlxalq festivalı və müsabiqəsi”nə ev saibliyi edir.
Bu gün həmçinin Rumıniyanın ölkəmizdəki səfirliyinin facebook səhifəsində bu ölkənin ən sərraf şairi Mihay Eminesku haqda kiçik xəbər yerləşdirilib. 15 yanvar 1850-ci ildə anadan olan Emineskunun bütün əsərləri – şerləri, romanları, qısa hekayə və nəşrləri – XIX əsrin ikinci yarısında cəmi 20 ili aşan bir dövrü əhatə edir. Buna baxmayaraq, o, özünün rumın dilinin zənginləşdirilməsi və müasirləşdirilməsinə verdiyi əvəzsiz töhvələrinə görə bu gün də Rumıniya mədəniyyəti mükəmməlliyinin əhəmiyyətli şəxsiyyəti olaraq qalır.
Səfirliyin səhifəsində Mihay Emineskunun “Luceafărul ” (Dan ulduzu) adlı şahəsərindən qısa bir parça da Azərbaycan dilində təqdim olunur:
Bu bir nağıl idi, bənzərsiz nağıl,
Bu nağıl bir daha doğulan deyil.
Bu qədər qohumlar içində baxın,
Bir fidan şahzadə donunu geyir.
Ailənin bir danəsi,
Ulduz deyil, aydı qız.
Gözəllik ilahəsi,
İlahidən paydı qız.
Yarıqaranlıq, toran
Yatağını tərk edir.
İstəyi şahzadəsin,
Dan ulduzun görməkdir.
Uçur dan ulduzu qanadlanaraq,
Ruhunda azadlıq cövlan eyləyir.
Göylərdi dünyası,
Göylərdi allah! Göylər ola-ola,
Yeri neyləyir!
Nurlu ulduz topası
Yerdə, başının üstə.
O ömürlük yanası
Göylərin üzü üstə.
Geniş dünyada, allah!
Ulduzladı yarışı.
Qarmaqarışıq olan
Nəğmələrin doğuşu.
Od salıb yeni ulduz,
Bərq vurdu təntənəylə.
Nura bələndi ulduz,
Qəm biçimli təşnəylə.
Can atdığı məkana bax,
Nə ölçüsü, sərhədi var.
Səy etmə gəl, ətrafa bax,
Əlçatmazdı qədim diyar.
Görünməzdi iç dünyası,
Dalğınlığı göyə oxşar.
Şair ruhlu ehtirası
Od-alovla hey… qarışar.
Yanvarın 15-də həmçinin İdrak Liseyində də Rumıniya Mədəniyyət Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Proqram çərçivəsində Azərbaycan Dillər Universitetində rumın dili tədrisi alan tələbələrin ifasında Mihay Emineskudan şerlər (Azərbaycan Yazıçılar Birliyinin üzvü Fəridə Haciyeva tərəfindən Azərbaycan dilinə tərcümə edilib), Xanım Haciyevanın özü tərəfindən şerlər səsləndirilib, İdrak Liseyinin və Rumıniyanın Bakıdakı icmasının istedadlı uşaqlarının ifasında rumın və Azərbaycan musiqi və rəqs nömrələri canlandırılıb.
İnterpress.az