200 nəfər 7 ildir torpaqsız qalıb – HESABATbackend

200 nəfər 7 ildir torpaqsız qalıb – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən il üçün əmək, sosial iqtisadi hüquqların pozulması ilə əlaqədar NHMT İB-nə təqribən 1200 nəfər Bakıdan, 210 nəfər isə rayonlardan (Şirvan,Neftçala,Siyəzən və s.) müraciət edib.

Hüquqi yardımlar aşağıdakı istiqamətlərdə təşkil olunub:
1.İşçilərin maarifləndirilməsi
2.Problemin məhkəmə vasitəsilə həlli. Məhkəmə çəkişmələr:
3.Monitorinq .(iş yerlərinin)
4.Məhkəmə monitorinqləri
5.Vəkillik və lobbi fəaliyyəti

1.İşçilərin maarifləndirilməsi:
• Təşkilatın ofisində işçilərə hüquqi yardım göstərilib.
• Şəhər və mobil telefonlarla işçilərə hüquqi yardım göstərib
• Kütləvi informasiya vasitələrində maarifləndirə işləri aparılıb.
• 2014-cü il ərzində Əmək xəsarəti (istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış, peşə xəstəliyinə tutulmuş, vəfat etmiş) ilə əlaqədar işçilərə və yaxın qohumlarına hüquqi yardım göstərib. -18 nəfər (Siyahı əlavə olunur)
• Təşkilatın veb səhifəsi vasitəsilə Online Hüquqi məsləhətxanası(http://nhmt-az.org/ts_general/azl/faq/faq-anons-1.php) təşkil olunub.
• Təşkilatın fb səhifəsi vasitəsilə təşkilata ünvanlanan suallara cavab verilib (http://www.facebook.com/pages/Neftçilərin-Hüquqlarını-Müdafiə-Təşkilatı/252293961555136) Bu səhifələrdən yalnız neftçilər deyil, hər bir şəxs bəhrələnə bilir.
• Təşkilat hüquqşünası hər gün ərzində telefon vasitəsilə insanlara hüquqi yardım edir. Oline hüquq məsləhətxanası vasitəsilə təşkilata gün ərzində 5-6 sual daxil olur və bu suallara təşkilatın hüquqşünası tərəfindən cavab hazırlanıb saytda yerləşdirilir. (http://www.nhmt-az.org/ts_general/azl/faq/faq-anons-1.php) Ümumilikdə 75 nəfər bu xidmətdən bəhrələnərək öz hüquqlarını bərpa edə bilmişdir.
2.Problemin məhkəmə vasitəsilə həlli. Məhkəmə çəkişmələr:

2014-cü ildə təşkilat tərəfindən məhkəmələr vasitəsilə edilən hüquqi yardım: 76 iddia ərizəsi

Hüquqi yardım göstərilən məhkəmələr: Bakı, Gəncə və Şirvan şəhərinin rayon məhkəmələri, Astara, Hacıqabul və Salyan Rayon məhkəmələri; Bakı, Gəncə və Şirvan inzibati-iqtisad məhkəmələri, Rayon İcra şöbələri; Bakı, Gəncə və Şirvan Apellyasiya Məhkəmələri; Azərbaycan Respublikasının Ali Məhkəməsi; Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurası; İnsan Hüquqları üzrə Avropa Məhkəməsində olan şikayətləri və hüquqi yardımlar:

2.1. Hüquqi yardım göstərilən sahələr: əmək, iqtisadi, sosial və mülkiyyət hüquqları.

1. Təmin olunan iddialar: 32 iddia ərizəsi
2. Qismən təmin olunan iddialar: 4 iddia ərizəsi
3. Təmin olunmayan iddialar: 28 iddia ərizəsi
4. Davam edən məhkəmə prosesləri: 12 iddia ərizəsi

2.2. 1- ci instansiya məhkəmələrində. (Rayon və İnzibati – İqtisad məhkəmələrində)- 40 iddia ərizəsi

1. Təmin olunan iddialar: 16 iddia ərizəsi
2. Qismən təmin olunan iddialar: 3 iddia ərizəsi
3. Təmin olunmayan iddialar: 13 iddia ərizəsi
4. Davam edən məhkəmə prosesləri: 8 iddia ərizəsi

2.3. Bakı, Gəncə və Şirvan Apelyasiya Məhkəmələrində.-23 iddia ərizəsi

1. Təmin olunan iddialar: 9 nəfər
2 .Qismən təmin olunan iddialar: 1 nəfər
3. Təmin olunmayan iddialar: 12 nəfər
4. Davam edən məhkəmə prosesləri: 1 nəfər

2.4. Azərbaycan Respublikasının Ali məhkəməsində.-13 iddia ərizəsi

1. Təmin olunan iddialar: 7 nəfər
2 .Qismən təmin olunan iddialar: – 0 nəfər
3. Təmin olunmayan iddialar: 3 nəfər
4. Davam edən məhkəmə prosesləri: 3 nəfər

2.5. Məhkəmə icra şöbələrində:

1. İcra edilib: 7 nəfər
2. İcra edilməyib, icra işləri davam edir: 4 nəfər.

2.6. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən şikayətlər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilən şikayətlər: 2 nəfər

2.7. Məhkəmə Hüquq Şurasına göndərilən şikayətlər.

1. Bakı şəhər Səbail rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun intizam məsuliyyətinə cəlb edilməsi barədə.
2. Bakı şəhər Apellyasiya Məhkəməsinin hakimi Sənan Hacıyevin intizam məsuliyyətinə cəlb edilməsi barədə.

2.8. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən mülkiyyət hüquqi sahəsində göstərilən hüquqi yardımlar

2.8.1. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi 2014-cü ildə Bakı Apelyasiya məhkəməsində, Bakı şəhərinin Yasamal Rayon məhkəməsində və Şəki İnzibati İqtisadi məhkəməsində Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar kompensasiya ödənilməyən mülkiyyətçilərə hüququ yardı göstərməkdə davam etmişdir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqları pozulan Oğuz və Qəbələ sakinləri Azərbaycan Respublikasının məhkəmələrində də süründürməçilik və qanunsuzluqlarla rastlaşırlar.
Hal – hazırda bu mülki mübahisə ilə əlaqədar Bakı şəhərinin Yasamal rayon məhkəməsində 3 nəfərin, Bakı Apellyasiya məhkəməsində 2 nəfərin, Şəki İnzibati-İqtisadi məhkəməsində 2 nəfərin olmaqla 7 nəfərin ailə üzvləri ilə birlikdə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə məhkəmə mübahisəsi davam edir.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin apardığı monitorinqlər təsdiq edir ki, Bakı Apelyasiya məhkəməsində və Azərbaycan Respublikasının Ali məhkəməsində bu mülki mübahisələrə qanunvericilinlə nəzərdə tutulan qaydada baxılaraq qərarlar qəbul edilsə də, şəhərinin Yasamal Rayon məhkəməsində və Şəki İnzibati İqtisadi məhkəməsində qanunvericiliyin tələbləri pozulur. Belə ki, qeyd olunan məhkəmə instansiyalarında bu mübahisə üzrə iddialara 2 ildə yaxın müddətdə baxılaraq müvafiq qərarlar qəbul edilməyib.

2.8.2. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti. Gədəbəy rayonu.

2014-cü ildə Təşkilat 18 nəfər mülkiyyətçinin Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə və Gədəbəy Rayon Aqrar İslahat Komissiyasına qarşı mülki mübahisəsində mülkiyyətçilərə hüquq yardım göstərmişdir. Mülkiyyətçilərin hüquqları qismən də olsa təmin edilib. 200 nəfərə aid olan torpaq sahəsinin Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə verilməsi, bu ölçüdə mülkiyyətçilərə digər torpaq sahələrinin verilməsi barədə 2008-ci ildə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, qərar icra edilməyib və mülkiyyətçilərə yeni torpaq sahələri verilməyib. Bu icra işi ilə əlaqədar mülkiyyətçilərə hüquqi yardım göstərilir. Hal hazırda bu mübahisələrə Gəncə İnzibati-İqtisadi məhkəmələrində baxılır.

Fəaliyyət 3

3.1. Monitorinq .(iş yerlərinin)

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin monitorinq qrupu tərəfindən işçilərin əmək və sosial hüquqlarının nə dərəcədə qorunduğu qiymətləndirə üçün monitorinqlər aparılır. Monitorinqlər daimi xarakter daşıyır, mütəmadi olaraq aparılır. Məhz monitorinqlər nəticəsində ölkənin neft sektorunda işçi hüquqlarının vəziyyətini qiymətləndirmək mümkün olub. Monitorinq qrupuna layihə əlaqələndiricisi rəhbərlik edir. Monitorinqlər təşkilatın ekspertləri və aktiv üzvləri tərəfindən aparılır. Bundan əlavə, seminarlarda iştirak etmiş bəzi aktivlər də monitorinqlərdə iştirak edib. Qrup üzvləri monitorinq metodologiyası və ona əlavə olunmuş müşahidə vərəqələri əsasında monitorinq aparılmışdı. Monitorinq aparılması üçün Monitorinq qrupunun üzvləri onların cəlb olunduğu iş yerlərində müşahidələr aparır. (Monitorinqlər əsasında illik hesabat hazırlanıb)

3.2 .Məhkəmə monitorinqləri

Monitorinqlər zamanı mülki mübahisələrə baxılması zamanı müddətlərə əməl edilməməsi sahəsində vəziyyət daha ağır olub. Belə ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin apardığı monitorinqlər təsdiq edir ki, Bakı Apelyasiya məhkəməsində və Azərbaycan Respublikasının Ali məhkəməsində mülki mübahisələrə qanunvericililikdə nəzərdə tutulan qaydada baxılaraq qərarlar qəbul edilsə də, Bakı şəhərinin Yasamal rayon məhkəməsində və Şəki İnzibati-İqtisadi məhkəmədə qanunvericiliyin tələbləri pozulur. Belə ki, qeyd olunan məhkəmə instansiyalarında bu mübahisə üzrə iddialara 2 ildə yaxın müddətdə baxılaraq müvafiq qərarlar qəbul edilməyib. Qeyd olunanlara Bakı şəhərinin Yasamal rayon məhkəməsində baxılan 3 nəfərin və Şəki İnzibati-İqtisadi məhkəməsində baxılan 2 nəfərin məhkəmə mübahisəsini misal göstərmək olar.

Eyni qanun pozuntusunu İlqar Hüseynovun SOCAR Cape şirkətinə qarşı olan və Bakı şəhərinin Yasamal Rayon məhkəməsində baxılan iddiasına da aid etmək olar. Belə ki, bu mülki mübahisə üzrə məhkəmə mübahisəsinə 1 il müddətində baxılaraq müvafiq qərar qəbul edilməyib.

4. Vəkillik və lobbi fəaliyyəti
layihənin icra müddəti ərzində vəkillik və lobbi fəaliyyəti uçun təşkilat aşağıdakı fəaliyyətləri həyata keçirilib;

Gündəlik media ilə iş, press-relizlər(videolar təşkilatın veb səhifəsində və fb səhifəsində yerləşdirilmişdir)
http://nhmt-az.org/ts_general/eng/prj/prj1-22.htm

ARDNŞ-ə və dövlət orqanlarına müraciətlər hazırlanaraq göndərilib.

İnterpress.az