İnterpress.az VOA-ya istinadən xəbər verir ki, bu xəstəliklər dünyada ölüm hallarının 63 faiizini təşkil edir. Təşkilatın hesabatında deyilir ki, milyonlarla insanın əsəs ölüm səbəbi ürək, ağ ciyər xəstəlikləri, iflic, xərçəng və diabetdir.
Ümumdünya Səhiyyə Təşkilatı tütün, spirtli işçilər, qeyri-sağlam pəhriz və fiziki fəaliyyətsizliyi əsas faktor kimi göstərir. Həyat tərzini dəyişməklə vaxtsız ölümlərə mane olmaq mümkündür.
Hesabatın aparıcı müəllifi Şanti Mendisin dediyinə görə, qeyri-yoluxucu xəstəliklər ən böyük səhiyyə fəlakətidir.
“Hər il 30-dan 90 yaşınadək 16 milyon insan itiririk. Onların 38 milyonu qeyri-yoluxucu xəstəliklər səbəbi ilə ölür.”
Ümumdünya Səhiyyə Təşkilatı 2013-cü ildə qlobal hərəkət planı təsdiq edib. Plan vaxtsız ölümlərə mane olunması məqsədi daşıyır. Sənəddə 2025-ci ilədək ölüm hallarının azaldılması qarşıya məqsəd qoyulub.
Türkiyədə hökumətinin tütünə qarşı kampaniyası siqaret çəkənlərin sayını 13 faiz azaldıb. Bu kimi nailiyyətlər məqsədə nail olunmasına yardım edə bilər.
Dr. Mendisin dediyinə görə, siqaret və spirtli içkilərin reklamlarının yasaqlanması, doymuş yağların daha sağlam yağlarla əvəz edilməsi, sağlam pəhriz və fiziki fəaliyyətin təbliği kimi yollarla həyatları xilas etmək mümkündür.
O, uşaqların piylənməsinin də əsas problem olduğunu vurğulayıb. Dünyada 5 yaşından aşağı 42 milyon uşaq artıq çəkiyə malikdir, 5 milyon uşaqda piylənmə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı çox az investisiya yolu ilə xəstəliklər və ölüm hallarının qarşısının alına biləcəyini bildirir. Ölüm və xəstəliklərin qarşısını almaq üçün qlobal illik xərc 11.2 milyard dollar təşkil edir.
Bu rəqəm çox görünə bilər. Əks təqdirdə 2011-2025-ci illər arasında veriləcək itki 7 trillion olacaq.
İnterpress.az