İnterpress.az xəbər verir ki, bu sözləri K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair keçirilən tədbirdə deyib.
Baş pediatr bildirib ki, tibbi müayinədən keçirilmiş uşaqların 87 288 (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb:
\”Sağlamlığında müxtəlif problemlər aşkarlanmış 227 955 (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9 %) hospitalizasiya olunmuş, 4569 nəfəri isə sanator müalicəyə göndərilib\”.
Nəsib Quliyev dövlət tərəfindən uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məqsədilə həyata keçirilən davamlı tədbirlərdən də söz açıb.
Onun sözlərinə görə, 2013-cü ilin martında “Uşaqların İcbari Dispanserizasiyası haqqında” qəbul edilmiş Qanun uşaqların sağlamlığının qorunması işində müstəsna əhəmiyyət kəsb edir.
“Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin məntiqi nəticəsi kimi, 2014-cü ildən etibarən ölkəmizdə uşaqlar icbari dispanserizasiyaya cəlb edilirlər.
Hazırda Azərbaycanda 0-18 yaşadək uşaq əhalisinin sayı –2 588 959 nəfərdir. Uşaq ilk doğulduğu andan bir aya qədər 3 dəfə, 1 yaşa qədər hər ay, 1yaşdan 2 yaşa qədər uşaqlarda rübdə bir dəfə, 2 yaşdan 3 yaşa qədər uşaqlarda ildə 2 dəfə, 3 yaşdan 18 yaşa qədər olan uşaqlar isə ildə bir dəfə kompleks müalicələrə cəlb olunurlar. Bizim bu prosesdə çətinliyiniz ilk növbədə valideynlərin bu işə cəlb etməklə bağlıdır. Xüsusilə rayonlarda bu sahədə problemlər yaşanır. Valideynlər uşaqları müayinə etdirməkdən çəkinirlər. Ona görə də hələ uşaqların kompleks müayinəsini 100 faizə çatdıra bilmirik\”.
İnterpress.az