Xabarovskda məmur 40 min rubl dəyərində stul qarşılığında rüşvət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Xabarovskda Memarlıq və Tikinti Departamentinin baş mütəxəssisi lazımi sənədlərə imza atmaq üçün biznesmendən 40 min rubl (təxm. 838 man) dəyərində stul qəbul edib.
Prokurorluq müdaxilə etdikdən sonra məmura qarşı cinayət işi açılıb və ona 1 milyon rubl (təxm. 21 min man) cərimə kəsilib.
Məlumata görə, həmin biznesmen isə hazırda federal axtarışdadır. İstintaq davam edir.
Xuraman Etibarlı
İnterpress.az






