Kriptobizneslə məşğul cütlük YOXA ÇIXDI: İkiqat qətl işi AÇILDIbackend

Kriptobizneslə məşğul cütlük YOXA ÇIXDI: İkiqat qətl işi AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış kriptovalyuta treyderi Roman Novak və həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində vəhşicəsinə qətlə yetiriliblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Sankt-Peterburqda yaşayan ər-arvadın Birləşmiş Ərəb Əmirliklərində yoxa çıxmasından sonra ikiqat qətl faktı üzrə cinayət işi başlanıb.

İstintaq adları açıqlamasa da, sosial şəbəkələrdə onların Roman Novak və həyat yoldaşı Anna olduğu yazılır.

İddialara görə, Novak kriptobizneslə məşğul olub və mümkün fırıldaq sxemlərində iştirakı ehtimal edilir.

Cütlüyün Hatta şəhərində “müəyyən edilməmiş investorlarla” görüşməli olduğu bildirilir.

Şəxsi sürücü onları göl yaxınlığındakı dayanacağa aparıb. Onlar burada başqa avtomobilə əyləşərək yola düşüb və bundan sonra əlaqə kəsilib.

Hazırda istintaq BƏƏ tərəfi ilə koordinasiya edir.

Xuraman Etibarlı

İnterpress.az


  1. Kriptobizneslə məşğul cütlüyün yoxa çıxmasına görə qətl işi açıldı
  2. BƏƏ-də itmədən sonra SPB cütlüyü üzrə istintaq başlayıb
  3. Cütlük “investorlarla görüşdən” sonra yox oldu
  4. Roman və Anna Novakın taleyi bilinmir
  5. Sankt-Peterburqda BƏƏ hadisəsi ikiqat qətl işi kimi araşdırılır