Bankların ləğvi niyə qanunsuzdur? – ŞƏRHbackend

Bankların ləğvi niyə qanunsuzdur? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İnterpress.az-a hüquqşünas Əkrəm Həsəno bildiib.

\”Banklar haqqında\” Qanunun 71-ci maddəsinə əsasən bankın ləğvedicisi hüquqi şəxs ola bilməz. Yalnız fiziki şəxs ola bilər, çünki həmin maddəyə əsasən ona əmək haqqı ödənilməlidir. Əmək haqqı isə yalnız insana ödənilə bilər. Ləğvedicisi belə qanunsuz olan ləğvetmə prosesindən nə gözləmək olar? “Banklar haqqında” Qanunda tamamilə kreditorların maraqlarına və qabaqcıl dünya təcrübəsinə zidd şəkildə təsbit olunub. Faktiki olaraq Qanunun sözügedən müddəaları “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.24-cü maddəsinə əsasən “korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəalar”dır. Buna görə də qanunvericilik Palatanın təşəbbüsü ilə təcili təkmilləşdirilməldir:\”Qanunvericiliyin təkmilləşdirilməsi prosesi zaman tələb edir, ləğvetmə prosesləri isə artıq gedir və kreditorların maraqları nəzərə alınmır. Buna görə də Palataya təklif etmişəm ki, özü ləğvetmə prosesində olan bütün müflis banklarda geniş səlahiyyətlərə malik olan kreditorların ümumi yığıncağını və komitəsini yaratsın.Ümumiyyətlə, yaxşı olardı ki, Palata şəffaflıq məsələsində bayraqdar olsun. Məsələn, ləğvetmə prosesində olan bütün banklara dair məhkəmə qərarlarını, hesabatları, ləğv planı və digər məlumatları açıqlasın. Misal üçün “Banklar haqqında” Qanunun 71.1-ci maddəsinə əsasən ləğvedicinin əmək haqqı məhkəmə tərəfindən Palatanın təklifi əsasında təyin edilir. Axı niyə Palata bu məlumatı açıqlamasın ki, kreditorlar onların hesabına ləğvediciyə nə qədər vəsait ödənildiyini bilməsinlər?Bu qədər bankın iflasa uğramasında bank sahiblərinin və inzibatçılarının mənfi rolu, yol verdikləri pozuntuları, hüquqazidd əqdləri xüsusi yer tutur. Həmin banklara dair bütün məlumatların kreditorlara açıqlanması imkan verərdi ki, kreditorlar özləri bu barədə nəticəyə gəlsin və lüzum gördükləri halda təqsirkar şəxslərə qarşı iddialar qaldırsın. Bununla da həm kreditorların maraqları təmin olunar, həm dövlət vəsaiti az xərclənər, həm də bank sisteminə etimad artardı.Ümumiyyətlə, bu məsələlərin həlli ilk növbədə bank sisteminə etimadın artmasına səbəb olacaq. Buna görə də ümid edirəm ki, Palata təkliflərimi qəbul edəcək. Əks təqdirdə, müflis bankların ləğvetmə prosesinin sırf korrupsion maraqlara xidmət etməsi haqda şübhələr, bank sistemimizə etimadsızlıq yalnız artacaq\”, -deyə əlavə edib

Gülşanə Mustafayeva
İnterpress.az