Azərbaycanda qızılgül biznesi başlayırbackend

Azərbaycanda qızılgül biznesi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, artıq bununla bağlı Zaqatala rayonunda əkinə başlanılıb.Layihə rəhbəri Mətin Sökmən fins.az-a bildirib ki, Azərbaycanda kənd təsərrüfatının bu sahəsini inkişaf etdirilməsi üçün potensial var. O bildirib ki, layihə çərçivəsində “Dəməşq qızılgülü” və “lavanda” gülündən efir yağlarının alınması və xaricə ixracı planlaşdırılır. Ona görə də “Qızılgüllər diyarı” kimi də tanınan Zaqatala rayonunda artıq gül plantasiyalarının salınması başlanılıb. Bunun üçün rayonun Aşağı Tala kəndinin ərazisində 100 hektar torpaq sahəsi ayrılıb. Bolqarıstandan 250 min ədəd qızılgül tingi gətirilib.

80 hektar sahədə “Dəməşq qızılgülü” əkilib. 20 hektar sahədə isə “Lavanda” gülü plantasiyası salınacaq. M.Sökmən bildirib ki, yeni plantasiyadan ildə 500 ton gül ləçəyinin toplanması planlaşdırılır. Məhsul iki ildən sonra götürüləcək. Bu müddətdə isə ərazidə yeni gül emalı zavodunun tikintisi nəzərdə tutulub. Zavod 2017-ci ilin sonundan etibarən işə başlayacaq və efir yağı istehsal edəcək. O bildirib ki, efir yağları əsasən əzcazılıq, qida və kosmetologiya sənayesində istifadə ediləcək. M.Sökmən deyib ki, gül yağının əsas alıcıları xarici ölkələrdir. Məhsulun 2018-ci ildən Türkiyə və Avropa ölkələrinə ixrac edilməsi planlaşdırılır. (fins)

İnterpress.az