Azərbaycanda bu il zəhərlənənlərin statistikasıbackend

Azərbaycanda bu il zəhərlənənlərin statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O qeyd edib ki, keçən il Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 402 xəstə qəbul olub. Onlardan 70 faizi orta ağır dərəcəsində, 10 faizi ağır dərəcəsində, qalanları isə yüngül dərəcədə olub. 1 ölüm hadisəsi baş verib.

“Gündəlik müraciətlər davam edir və dəm qazı ilə zəhərlənənlərin sayında keçən illə müqayisədə azalma var. Dəm qazı ilə zəhərlənənlər əsasən cavan və orta yaşlı, təxminən 20-40 yaş arası insanlardır. Dəm qazı ilə zəhərlənmə ən çox qapalı mühitdə, hamam otağında baş verir. Çox vaxtı gənc qızlar və oğlanlar təcili yardım hadisə yerinə tez çatmasına baxmayaraq, həyatlarını itirirlər. Bu baxımdan heç bir tədbir görə bilmirik. Ümumiyyətlə, ölüm hallarının əksəriyyəti təcili yardımda və hadisə yerində olur”.

Baş toksikoloq vətəndaşlara diqqətli olmağı məsləhət bilib: “Vətəndaşlar ayıq olsunlar, hamam otaqlarında nəfəslik açıq olmalıdır, ventilyasiya işləməlidir. Hadisə olarkən mütləq ilkin kömək etmək və qapalı mühitdən xəstəni çıxartmaq lazımdır. Huşu üstündədirsə xəstə təmiz havaya çıxardılmalı, sonra üst-başını örtüb, isti içki vermək lazımdır və mütləq həkim çağırılmalıdır. Huşu üstündə deyilsə, orda vaxt yoxdur və ağız boşluğu selikdən mütləq təmizlənməli, suni nəfəs verilməli və vaxt itirmədən təcili yardım çağırılmalıdır”.

A.Maqsudov qeyd edib ki, rayonlardan zəhərlənmə ilə əlaqədar hər həftə 10-12 müraciət olur: “Dəm qazı ilə zəhərlənmələr zamanı əsas fəsadlar sinir mərkəzləri ilə bağlı olur. Zəhərlənmə zamanı sinir mərkəzlərinin funksiyasını itirməsi halları baş verir və onların bərpası uzun müddət tələb edir. Nə qədər tez xəstə mütəxəssisin nəzarətinə çatdırılsa, o qədər tez keyfiyyətli nəticə olur”.

İnterpress.az