Çılpaq kişilər – Festivalıbackend

Çılpaq kişilər – Festivalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Digər xalq bayramlarından fərqli olaraq, avropalaşmayıb və heç bir dəyişiklik olmadan keçirilir, necə ki, 2,5 min il əvvəl keçirilirdi. Mərasimin adı “Çılpaq kişilərin bayramı”olsa belə, kişilər tam şəkildə paltarsız olmurlar. Yaponlar üçün milli geyim olan “fundoşi” və “tabi” adlı səndəllər geyirlər. Sintoist mövhumatına əsasən, çılpaq insanlara toxunduqda daxildə olan bədbinliklər məhv olur. Və gələcək ildə insanı uğur müşayət edir. Kuliminasiya nöqtəsində iştirakçılara 2 ədəd ağac hissəsi atılır. Bu hissəsini tutan şəxs il boyu firavan, xoşbəxt yaşayır.

İnterpress.az xəbər verir ki, hər il fevral ayının üçüncü şənbə günü (Yaponiyada ən soyuq ay) Yaponiyanın İnazava şəhəri başda olmaqla, Yaponiyanın əksər böyük şəhərlərində Çılpaq kişilər yürüşə başlayırlar. Bu festivalda 23-43 yaş arası kişilər iştirak edir.

Çılpaq İnsan Festivalı — bizim eradan əvvəl 767-ci ildə bu şəhər vasitəsilə qədim sintoizm allahının təcəssüm etməsidir. Çılpaq İnsan rolu çox hörmətlidir. Bu adəti yaşadanlar öz bədənlərindən bütün saçları qırxır və Kunomiya Məbədinə qədər şəhərin küçələri ilə gedirlər. Festival 1 gün davam edir və burada ən azı 10 min insan iştirak edir. İnsanların toxunmasıyla birlikdə onu təqib etmiş qəddar güclərdən qurtulur. Baş qəhrəman bütün şərəfləri allaha verdikdən sonra onu geyindirirlər və qovurlar. Hesab edilir ki, onunla birlikdə şəhərdən bütün şər gedir.

Bu bayramın tarixi çox qədimdir. Bəzən bayram Xadaka Masuri də adlanır. Festival böyük təntənə ilə açılır və festival arası kişilər palçıq vannası qəbul edirlər. Bu il festival 14 fevralda keçirildi. “Çılpaq Kişilər Festivalı”nın əsas özəlliklərdən biridə odur ki, festivalda yalnız yapon vətəndaşlar və xüsusi dəvətlilər iştirak edə bilər. Amma tamaşaçı kimi qatılmaq mümkündür. (moderator.az)

İnterpress.az